Mahmud Qurbanov millinin baş məşqçisi təyin edildi - Rəsmi

Mahmud Qurbanov millinin baş məşqçisi təyin edildi - Rəsmi
ÖLKƏ FUTBOLU 24 Avqust 2026 / 15:02 2326
-  A +

Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarının baş məşqçiləri müəyyənləşib.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, namizədlərin təyinatı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsinin onlayn müzakirəsi zamanı təsdiqlənib.

Qərara əsasən, aşağıdakı məşqçilər müvafiq yaş qrupları üzrə Azərbaycan milli komandalarının baş məşqçiləri təyin olunublar:

U-15 - Aleksandr Qross

U-16 - Famil Xəlilov

U-17 - Emin Mustafayev

U-18 - Mahmud Qurbanov

U-19 - Elgiz Kərəmli

Qeyd edək ki, baş məşqçi vəzifələri üzrə açıq müraciət prosesi AFFA-nın yeni texniki direktoru Edmond Klausla aparılmış məsləhətləşmələrdən sonra elan olunub. Müraciət edən namizədlər müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib və yekun təkliflər AFFA-nın Texniki departamenti tərəfindən hazırlanaraq İcraiyyə Komitəsinə təqdim edilib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner