Aslan Kərimov: “Əsas işim federasiyada olacaq”

Aslan Kərimov: “Əsas işim federasiyada olacaq”
ÖLKƏ FUTBOLU 4 İyul 2011 / 13:10 2475
-  A +

“Sumqayıt”a məşqçi təyin olunmağım doğrudur. Həm məşqçilik edəcəm, həm də bəzi oyunlarda meydana çıxacam. Məqsəd yeni komandaya kömək etmək və meydançada gəncləri idarə etməkdir”.

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində bu yaxınlarda “Sumqayıt”a məşqçi təyin olunan Aslan Kərimov deyib. Bir müddət öncə futbolçu karyerasını başa vuran veteran yarımmüdafiəçi yenidən futbola qayıtmasını belə izah edib: “Sumqayıt” klubunun əsas oyunçuları gənclərdən ibarətdir. Meydançada onlara nəzarət edən təcrübəli futbolçuya ehtiyac olduğundan, rəhbərlik mənə bu vəzifəni təklif etdi. Gücüm çatdığı qədər oynayacam. Meydançaya nadir hallarda çıxacağam. Əsas işim isə məşqçilik olacaq”.

“Sumqayıt”la yanaşı, Aslan millinin 15 yaşlılardan ibarət komandasındakı işini də davam etdirəcək: “Əsas işim federasiyada olacaq. Millidəki vəzifəmdə qalıram. Bildiyiniz kimi, 15 yaşlılar az-az toplaşırlar. Çox vaxt “Sumqayıt”da olacam. Ancaq yığmanın toplanışı zamanı ora gedəcəyəm”.

Daha çox


Son xəbərlər