“Zirə” və "Şəfa"dan qələbə

“Zirə” və "Şəfa"dan qələbə
PREMYER LİQA 22 Avqust 2026 / 22:39 10272
-  A +

Bu gün Misli Premyer Liqasında 2-ci tura start verilib. 

QOL.az xəbər verir ki, ilk oyun günü üçün nəzərdə tutulan matçlar başa çatıb.

Əvvəlcə “Qəbələ” öz meydanında debütant “Şəfa”nı qəbul edib. Matç "Şəfa"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki komanda ilk turda uduzub. “Qəbələ” “Turan Tovuz”a (0:1), “Şəfa” isə “Zirə”yə (0:2) məğlub olub. 

Digər qarşılaşmada isə “Zirə” doğma divarlar arasında “İmişli”ni sınağa çəkib. Görüş "Zirə"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Misli Premyer Liqası, II tur

22 avqust (şənbə)

20:45. “Zirə” - “İmişli” - 3:1

Qollar: Eren Aydın, 43 (1:0), Ruan Renato, 80 (2:0), Dioqo Almeyda, (2:1), David Volkov, 90+6 (3:1)
Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov 
AVAR: Akif Əmirəli
 Zirə İdman Kompleksinin stadionu

18:30. “Qəbələ” - “Şəfa” - 0:1

Qol: Musa Quel, 69
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rəvan Həmzəzadə
VAR: Cavid Cəlilov 
AVAR: Kamran Bayramov
Qəbələ şəhər stadionu

23 avqust (bazar)

“Turan Tovuz” - “Şamaxı”

“Neftçi” - “Araz-Naxçıvan”

Qeyd edək ki, 2-ci turda keçirilməli olan “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” oyunları təxirə salınıb. "Sabah" Çempionlar Liqası, "Qarabağ" isə Konfrans Liqasındakı oyunlarına görə bu tur meydana çıxmayacaq. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner