Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatı davam edir.
QOL.az xəbər verir ki, bu gün qadın güləşində 57, 59 və 68 kq-da, sərbəst güləşdə isə 61 və 86 kq-da medalçılar müəyyənləşib.
Günay Qurbanova (57 kq) finalda yaponiyalı Konami Onoyla qarşılaşıb. İlk hissəni öndə başa vuran həmyerlimiz fasilədən sonra rəqibin hücumlarının qarşısını ala bilməyib – 6:16. Belədə Günay dünya ikincisi olub.
Ruzanna Məmmədova (59 kq) da həlledici görüşdə Yaponiya təmsilçisiylə üz-üzə gəlib. Sae Noquçiylə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Yekunda rəqibinə 1:3 hesabıyla məğlub olan Ruzanna gümüş medalı boynundan asıb.
Camal Abbasov (61 kq) isə təsəlliverici görüşdə iranlı Ənvər Fərhad Xatəriyə uduzub – 5:11.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər