Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının futbolçusu Mehmed Alispahiç klubunun rəsmi saytına müsahibə verib. Qol.Az həmin müsahibəni təqdim edir:
- "Dinamo"ya gələnədək siz Xorvatiyanın "Şibenik" klubunun aparıcı oyunçularından idiniz...
- Demək olar ki, komandaya gəldikdən dərhal sonra əsas heyətdə oynamağa başladım. O vaxtkı baş məşqçimiz İvitsa Kaliniç çox yaxşı insan idi. Görünür, o, məndə nə isə hiss etdi. Mən "Şibenik"də olduğum müddətdə xoşbəxt idim.
- Yeni klubunun heyətində ilk məşqdən fiziki cəhətdən gözəl hazırlıqlı olduğunuz görünür...
- Ötən mövsümün sonunda hələ "Şibenik"də ikən mən fiziki hazırlığım üzərində daha ciddi çalışırdım. "Dinamo"ya gəldikdən sonra kiçik istirahət aldım. Düzdür, həmin vaxt mən Bosniya və Herseqovina yığmasının tərkibində Avro-2012-nin oyunlarına hazırlaşırdım. Yəni, millinin düşərgəsindən qayıdandan sonra mənim istirahət üçün cəmi bir neçə gün vaxtım var idi. Fikrimcə, bir qədər dincəldim və indi yenidən məşq edirəm.
- Sizdən fərqli olaraq, bəzilərinə "Dinamo"dakı rejimə adaptasiya üçün çox vaxt lazım gəlir. Belə çıxır ki, artıq Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə iyulun 13-də keçirəcəyiniz ilk oyunda iştirak ehtimalınız var...
- Nə deyə bilərəm? "Dinamo"ya ehtiyat oyunçular skamyasında oturmağa yox, oynamağa gəlmişəm. Bütün gücümü qoyacaq, durmadan və əzmlə məşq edəcək, özümü təlim-məşq toplantılarında ən yaxşı tərəfdən göstərəcəyəm ki, əsas heyətdə yer tapım. İndiyədək keçirdiyimiz 3 yoxlama matçından razı qalmışam. Əlbəttə, hələ tam formada deyiləm. Lakin məşqlər sayəsində tezliklə hər şey öz yerinə düşəcək.
- Sizin üçün yarımmüdafiənin mərkəzində Milan Badel, Yerko Leko və Sammirlə birgə oynamaq necə alınır?
- Əlbəttə, bu cür futbolçularla çıxış etsəniz, gözəl oyununuz alınar. Onların hər üçü yüksək səviyyəli futbolçulardır. Onlar meydançada öz işlərini bilirlər və onlarla oynamaq əsl zövqdür. Vaxt keçdikcə, biz bir-birimizi daha çox və daha yaxşı öyrənib-tanıyacağıq. Ən əvvəldən komandada komfort şəraitim var idi. "Neftçi" ilə ilk oyunadək 10 gün vaxtımızın qaldığını nəzərə alsaq, əminəm ki, orta xətt oyunçuları arasında qarşılıqlı anlaşma yüksək səviyyədə olacaq.
- Qarşıdakı rəqib - "Neftçi" barədə nə deyə bilərsiniz?
- Bu komanda haqqında heç nə bilmirəm. Lakin bizim komandadakıların dediklərinə görə, onların heyəti pis deyil. Deyəsən, yaxşı braziliyalı və daha bir neçə güclü oyunçuları var. Yəni, bir şey aydındır, bizə çətin olacaq. Bu qarşıdurmada səbətdə olan digər mümkün rəqiblərə nəzərən daha çox güc sərf etməli olacağıq. Digər tərəfdən, hədəfimiz aydındır. Qələbədən başqa şey haqda düşünməyin yeri yoxdur.
- Ev arenanız "Maksimir"də hələ də bərpa işləri gedir. Bu işlərin azərbaycanlılarla oyunadək başa çatdırılması planlaşdırılır...
- Əlbəttə, bütün komandamız stadionumuzun mövsümün ilk oyununa daha yeni olacağına sevinir. Bilirsiniz, elə alınıb ki, "Dinamo"ya qarşı "Maksimir"də indiyədək oynamamışam. İndi doğma tribunalar qarşısında dübütümü səbirsizliklə gözləyirəm. Fikrimcə, "Neftçi" ilə ev oyunumuzda biz fanatlarımızı məyus etməyəcəyik.
- Siz Zaqreb komandasının heyətində ən yaxşılardan sayılırsınız. Lakin Bosniya və Herseqovina yığmasında hələlik 1 oyun keçirmisiniz. Yəqin ki, yeni klubunuzda uğurlu çıxışınız milliyə də kömək edəcək...
- Mən yığmada Stokholmda İsveçə qarşı yoldaşlıq görüşündə debüt etmişəm. Fikrimcə, yığmadakı dövrüm hələ irəlidədir. Xoşbəxtəm və milliyə çağırılmağımla fəxr edirəm.
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu