"Şəfa"dan daha 4 transfer

"Şəfa"dan daha 4 transfer
ÖLKƏ FUTBOLU 12 Avqust 2026 / 12:12 602
-  A +

“Şəfa” növbəti transferlərini gerçəkləşdirib.

QOL.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Bakı təmsilçisi 4 gənc futbolçunu heyətinə qatıb.

"Araz-Naxçıvan"dan 19 yaşlı qapıçı Ayxan Əlizadə, "Qarabağ"dan 19 yaşlı yarımmüdafiəçi Eltun Babazadə, "Zirə"dən isə 20 yaşlı müdafiəçi Nurhan Abdıyev və 20 yaşlı vinger Elmar Məmmədovla müqavilə imzalanıb.

Qeyd olunub ki, Ayxan, Elmar və Eltun ilə anlaşmanın müddəti 2 illikdir. Nurhan isə 1 illik sözləşməyə imza atıb.

Xatırladaq ki, "Şəfa" bunadək Zaur Həşimov (baş məşqçi), Məmməd Hüseynov, Arsen Ağcabəyov, Rauf Hüseynli, Nicat Mehbalıyev, Murad Musayev, Vlad Marian Pop, Andrey Fernando Draqu, Musa Queli, Fərid Yusifli, Maudo Lamin Jarjue, Treyvon Fuller, Bafode Dansoko  və Kristofer Mamengi ilə müqavilə imzalayıb.


Qarabağ FK
Son xəbərlər
11.08.26  18:02

Poqba sıradan çıxdı

topaz banner