"Bakı" futbol klubu yeni transferini reallaşdırıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu, Kiyev “Dinamo”sundan transfer olunan Maris Verpakovskidir.
Latviya milli komandasının hücumçusu ilə iki illik müqavilə imzalanıb. O, yeni klubunda 22 nömrəli formanı geyəcək.
Maris Verpakovski 1979-cu il oktyabrın 15-də anadan olub. O, karyerası ərzində Latviyanın "Baltika", "Metallurq", "Skonto" klublarının formasını geyib. 2003-cü ildən Kiyev "Dinamo"suna transfer olunan Verpakovski 2007 - 2008-ci illərdə İspaniyanın "Xetafe" və "Selta", Xorvatiyanın "Hayduk" və Yunanıstanın "Erqotelis" klublarında oynayıb. O, 3 dəfə (2001, 2002, 2003) Latviya çempionu tituluna sahib çıxıb, Latviya Kubokunun 2 qat (2001, 2002) sahibidir. 2004-cü ildə Kiyev "Dinamo"su ilə Ukrayna çempionu titulunu qazanıb, 2005-2006-cı illərdə ardıcıl 2 dəfə Ukrayna kubokunu başı üzərinə qaldırıb.
Maris Verpakovski Latviya milli komandasının heyətində 86 oyun keçirib və 28 qola imza atıb. 2004-cü il Avropa çempionatının final mərhələsinin iştirakçısıdır. Məhz onun qolları sayəsində Avro-2004-ün "pley-off" mərhələsində Latviya Türkiyəni mübarizədən kənarlaşdırıb. Verpakovski 2003 və 2004-cü illlərdə Latviyanın ən yaxşı futbolçusu seçilib.
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu