Nazim Süleymanov: “Bu cür oyunu Minskdə də göstərmək lazımdır”

Nazim Süleymanov: “Bu cür oyunu Minskdə də göstərmək lazımdır”
ÖLKƏ FUTBOLU 1 İyul 2011 / 18:58 2585
-  A +

“Mən belə deyərdim ki, birinci hissədə oyuna tam alışa bilmədik. Qol buraxdıqdan sonra hesabı bərabərləşdirməyimizə baxmayaraq, bir az zəif təsir bağışladıq. Amma nəticədə komanda çox yaxşı oynadı. Sadəcə əlimizə düşən imkanlardan yararlanıb, qol vurmaq lazım idi. Bir dənə bu çatışmadı”.

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində, AZAL-ın baş məşqçisi Nazim Süleymanov deyib. Gənc mütəxəssis səfərdə də belə oynamağın vacibliyini vurğulayıb: “ Futbol səhvlər oyunudur. Yəni hansı komanda səhvə yol verdisə, rəqib ona qol vuracaq. Dzüdür, futbolsevərləri bir az məyus etdik. Amma mən belə düşünürəm ki, komanda yaxşı oynadı. Sadəcə nəticə bizi qane etmədi. Oyun pis alınmadı.

Birinci hissədə oyunçularımız özlərinə bir az gec gəldilər. Oyun praktikasının azlığı özünü açıq-aşkar göstərirdi. İkinci hissədə isə tamam fərqli oyun sərgilədik. Bir neçə real qol imkanlarımız oldu. İkinci hissəni demək olar ki, hücumda keçirdik. Əlimizə düşən imkanlardan yararlanıb, komandaya ruh yüksəkliyi gətirmək olardı. Kubok matçları iki oyundan ibarətdir. Bu cür oyunu Minskdə də göstərmək lazımdır”.

Hazırkı oyunçulara inandığını söyləyən çalışdırıcı komandaya yeni hücumçuların alınacağını da istisna etməyib: “Bilirsiniz ki, ikinci oyuna da əlimizdəki heyətlə çıxacağıq. Yenə deyirəm və bu sözlərimdən çəkinmirəm. Mən bu futbolçulara inanıram. Əminəm ki, onlar istənilən tapşırıqları yerinə yetirməyə qadirdilər. Hazırda hücumda Elşən Məmmədov, Enyo Krastovçev, Cavid Rəhimov və Vüsal Qarayev kimi oyunçularımız var. Ancaq bunlarla yanaşı, yeni hücumçular da mütləq olacaq. Vaqif müəllim özü də deyib ki, bir neçə futbolçu alınacaq”.

Daha çox


Son xəbərlər