AZAL-ın hücumçusu Elşən Məmmədovun dünən Avroliqada «Minsk»ə qarşı keçirilmiş oyunla bağlı Qol.Az saytına müsahibə verib
- Komandanız heç-heçə etdi. Yəqin ki, hələ də məyussunuz.
- Elədir. Qələbə qazana bilmədik, ancaq unutmayın ki, hələ cavab görüşü var. Oyuna gəlincə, deyərdim ki, bəxtimiz gətirməməklə bərabər, ələ düşən fürsətdən yararlana bilmədik. Rəqibin qapıçısı da çox yaxşı oyun nümaiş etdirdi və artıq fərqlənməyimizə imkan vermədi. Bundan başqa uzaqdan vurulan zərbələrimiz də qeyri-dəqiq olurdu.
- Komanda yoldaşın Zohairin oyunu niyə alınmadı?
- Mən deməzdim ki, oyunu tam alınmadı, sadəcə ikinci hissədə hamımız tez qol vurmaq istəyirdik, ona görə tələsirdik. Çalışırdıq ki, cərimə meydançasına vaxtında tez ötürmələr edək, bu da bizdə çaşqınlıq yaradırdı. Xətlərarası əlaqələrdə pozulmalar əmələ gəlirdi. Çox çalışırdıq ki, qalib gələk, lakin istəyimiz alınmadı. Amma bir daha deyirəm, hələ heç nə itirilməyib, qarşıda bizi vacib cavab görüşü gözləyir.
- Hündürboy müdafiəçilərinizin standart vəziyyətlər zamanı hücuma az qoşulmalarını nəylə əlaqələndirirsən?
- “Minsk”in sürətli əks-hücumlar həyata keçirən komanda olduğundan müdafəni yaddan çıxarmaq olmazdı. Həm də bütünlüklə komanda şəklində hücuma keçə bilmirdik. Ancaq müdafiəçilərimizin də qol vurmaq üçün əla şansları vardı. Sadəcə, bəxtimiz gətirmədi. Çox təəssüf ki,bu şansları dəyərləndirə bilmədik.
- Yeri gəlmişkən, sən özün də təxminən 1 metrlik məsafədən topu qapıdan keçirə bilmədin.
- Oyundan beş-on dəqiqə qabaq meydançanı suladıqları üçün hardasa çətinliklər yaranrdı. Düzdü, istənilən halda qol vurmaq lazım idi. Həmin epizodda rəqib müdafiçilər çox sıx oynadı, həm də özüm də bilmədim necə oldu ki, topu qapıdan keçirə bilmədim. İnanın, çox istəyirdim ki, qol vurub fərqlənim, komandama qələbə qazandırım.
- Səncə, AZALən azı dünənki oyununu rəqib meydanında göstərə biləcək?
- Mənə elə gəlir biz səfərdə daha yaxşı oynayacağıq. Çünki ilk oyuna qədər rəqibi yaxından tanımırdıq. İndi onların oyun üslubuna da bələdik. Düzdü, cavab oyun asan olmayacaq, ancaq düşünürəm ki, səfər oyununa daha hazırlıqlı çıxaraq rəqibi məğlub edə bilərik.
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu