Nəriman Axundzadə Türkiyə klubuna keçir

Nəriman Axundzadə Türkiyə klubuna keçir
ÖLKƏ FUTBOLU 4 Avqust 2026 / 00:32 793
-  A +

“Kolambus Kryu”da çıxış edən Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadə klubunu dəyişir. 

QOL.az xəbər verir ki, 23 yaşlı forvard karyerasını Türkiyədə davam etdirəcək. O, gələn mövsümdən Superliqada mübarizə aparacaq “Erzurumspor“la anlaşıb. 

Tezliklə Türkiyəyə gələcək Axundzadə tibbi müayinədən uğurla keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. Nərimanın yeni klubuna icarə əsasında qoşulacağı gözlənilir. 

Qeyd edək ki, N.Axundzadə bu ilin yazında “Qarabağ”dan “Kolambus Kryu”ya transfer olunub. O, ABŞ təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb. 


Son xəbərlər
03.08.26  20:43

Qəbələdə 5 qol

03.08.26  18:21

Millidən gedir

03.08.26  12:37

Mendi qalır, ya gedir?

02.08.26  21:34

Mahirdən növbəti qol

02.08.26  20:39

"Qarabağ"da ciddi itki

topaz banner