Avroliqanın birinci təsnifat mərhələsində səfərdə “Banqa”nın qapısına vurulmuş ilk qolun müəllifi “Qarabağ”ın yarımmüdafiəçisi Rəşad Sadiqovun Qol.Az saytına müsahibəsi
- “Banqa” ilə səfər oyununda çoxları “Qarabağ”dan yaxşı nəticə gözləyirdi. Ancaq açığı, heç kim böyükhesablı qələbəyə inanmırdı. Lakin “Qarabağ” növbəti dəfə Azərbaycanı sevincə qərq etdi və böyükhesablı qələbə qazandı. İlk öncə oyun barədə fikirlərini eşidək.
- Rəqimizin oyunlarını izləmişdik. Məğlub olmalarına baxmayaraq, fiziki baxımdan yaxşı, çox qaçan komandadır. Bəlkə də bizdən qorxub, çəkindikləri üçün bu hesab qeydə alındı. Onu deyim ki, oyundan əvvəl ancaq bizdən danışırdılar. Bütün futbolçuları “Qarabağ”ın güclü olduğunu söyləyirdilər. Bizim ardıcıl iki ildir ki, pley-ofa qədər irəlilədiyimizi deyirdilər. “Rusenborq” və digər güclü komandalarla oyunlarımızı görüb, qorxmuşdular. Onların bizdən qorxduqları açıq-aşkar hiss olunurdu. Ehtiyatlı oynayırdılar. İlk 10 dəqiqədə təzyiq göstərməyə çalışsalar da, sonradan təşəbbüsə yiyələndik və onları topsuz qoyduq. Nəticədə yorulmağa başladılar. Bundan sonra öz oyunumuz oynadıq və qələbə qazandıq.
- Oyundan əvvəl həm komandanın baş məşqçisi Qurban Qurbanov, həm də bəzi futbolçular “Banqa”nın yaxşı komanda olduğunu və rəqibdən ehtiyatlandıqlarını söyləmişdilər. Heç kim bu nəticəni gözləmirdi. Bəs, sən necə, böyük hesabla qalib gələcəyinizə inanırdınmı?
- Açığı, gözləmirdim. Çünki birinci oyun idi. Biz Ankarada təlim-məşq toplanışında olanda da bir oyun belə keçirməmişdik. Ona görə də uşaqlarımızın çoxunda oyun təcrübəsi yox idi. Milli komandadan dərhal sonra Ankaraya yollandığımız üçün bəzi futbolçularda yorğunluq var idi. “Banqa”nın isə 15 tur oynaması bizi bir az narahat edirdi. Ona görə də böyükhesablı qələbə gözləmirdik. Amma oyunun gedişi göstərdi ki, burdan sərfəli nəticə ilə qayıtmaq olar.
- Oyunda hesabı sən açdın. Təxminən 25 metrdən baxımlı qola imza atdın. Topa zərbə endirərkən, onun qapıdan keçəcəyinə inanırdın? Həmin vaxt hansı hissləri keçirdin?
- Həmin vaxt yalnız o hissləri keçirirdim ki, ya mən, ya da bir başqa komanda yoldaşım qol vursun. Çünki yenidən Azərbaycan xalqını sevindirmək istəyirdik.
- Əgər möcüzə baş verməsə, “Qarabağ” artıq növbəti mərhələdədir. İkinci təsnifat mərhələsində Farer adalarının “Streymur” klubu ilə qarşılaşacaqsınız. Bu komanda haqqında məlumatınız var?
- Hələlik bu komanda barədə ətraflı məlumata sahib deyilik. Yalnız “YouTube”da oyunlarından fraqmentlərə baxmışıq. 3-4 dənə qəşəng qolları var idi. Amma hələ ki, bu barədə düşünmürük. Çünki qarşıda “Banqa” ilə ikinci oyun var. İstəyirik ki, səfərdəki oyunu evdə də oynayaq və xalqımıza qələbə sevinci bəxş edək. Bundan sonra isə “Streymur” haqqında fikirləşəcəyik.
- Matçda qol pərdəsini sən açdın, son nöqtəni isə “Qarabağ”ın yeni transferi Bəxtiyar Soltanov qoydu. Komandanın kapitanı kimi, Bəxtiyarın oyunu səni qane etdi? Ümumiyyətlə, bu futbolçu qarşıdakı oyunlarda da “Qarabağ”a xeyir verə biləcək?
- Bəxtiyarın birinci görüşdə komandaya qoşulması, oyun üslubuna tez uyğunlaşmasını çox adam gözləmirdi. Bizim kollektiv elədir ki, bura gələn doğma kimi gəlir. Elə bil neçə illərdir bizimlə oynayır. Doğrudan da özünü yaxşı tərəfdən göstərə bildi. Təlim-məşq toplanışında da çox çalışırdı. “Bakı”dakı çıxışlarını da izləmişdim, yaxşı təsir bağışlayırdı. Amma “Bakı”da ona şans verilmirdi. Hər bir futbolçuya inanmaq lazımdır. Qurban müəllim Bəxtiyara etimad göstərdi, meydançaya buraxdı. O da qol vurmaqla öz sözünü dedi. Qoldan əlavə, yaxşı oynadı, epizodları da oldu. Komandaya xeyir verə biləcəyini düşünürəm.
- “Qarabağ”da, Qurban Qurbanovun rəhbərliyi altında oyunun yaxşı alınır. Ancaq eyni uğuru Berti Foqtsun başçılıq etdiyi milli komandada təkrarlaya bilmirsən. Bu nə ilə əlaqədardır?
- Orda başqa futbol oynanılır, burda başqa. Fərqli heyətlərdir. Orda başqa futbolçularla oynayıram, burda başqa. Foqtsun taktikası ilə Qurban müəllimin taktikası fərqlidir. “Qarabağ” tam olmasa da, “Barselona”nın oyun üslubuna uyğun oynayır. Ona görə də millidə oyunum alınmır.
ÇL-də nəhənglərin dueli
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov