“Dünən AZAL nə gücü vardısa, ortaya qoydu. Ancaq hiss olunurdu ki, hazırlıq prosesi Bakıda keçirilib və oyun praktikasından əziyyət çəkirlər”.
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov AZAL və «Qarabağ»ın Avroliqadakı çıxışlarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, AZAL-ın oyunçularının çox həyacanlı olduğu da aydın görünürdü: «Minsk» klubunun da yaxşı oyun göstərdiyini demək düz olmaz. Lakin topla yaxşı davranaraq, əks hücumlarda bəzən təhlükəli olurdular. Məhz belə əks hücumların birində istəklərinə çatdılar. AZAL ilk öncə gərək qol buraxmayaydı, bəlkə də qapılarında erkən qol görmələri qələbə qazanmalarına mane oldu. Qol buraxmalarının ən əsas səbəbi mövqe səhvləri ucbatından oldu. Həm sağ, həm də mərkəz müdafiəçilərinin kobud səhvi var idi. Bəzi epizodlarda Cahangir Həsanzadə də çox yaxşı oynadı ki, komandasını bir necə qol vəziyyətlərindən qurtardı.
Mənim fikirimcə, AZAL dünən qələbə qazanmalı idi. Buna həm hücumun sayını, həm də oyunda təzyiqi artırmaqla nail olmaq olardı.Ən əsası da ələ düşən hücum epizodlarından maksimum istifadə edə bilmədilər. Elşən Məmmədov bir metr məsafədən qapıya düşə bilmədi. Bizə isə çox qol vurmaq lazım idi. Ümumiyyətlə, AZAL-ın hazırlığı xarici ölkədə keçirsəydi, daha yaxşı olardı. Ancaq düşünürəm ki, səfərdə “Minsk”i məğlub edib mərhələ adlamaq olar.
Bunun üçün ilk öncə gərək qol vurasan ki, rəqibi açıq oyun oynamağa məcbur edəsən. Onda istəyinə nail ola bilərsən. Birdə ki, standart vəziyyətlərdən istifadə etməyə də çalışmalısan, ancaq oyunda AZAL künc zərbəsi vuran zaman müdafiəçilərimiz arxada durmuşdu. Rəqibin cərimə meydançasına yaxınlaşıb fürsətdən istifadə etmədilər. Hansı ki, AZAL bir neçə hündürboy müdafiəyə malikdir. Belə vəziyyətlərdən maksimum istifadə etmək lazımdır».
A.Mircavadov «Qarabağ»ın qələbəsi haqda isə bunları deyib: «Qarabağ» öz imicini qorumağı bacardı. Həm baş məşqçi Qurban Qurbanovu, həm də rəhbərliyin zəhmətini unutmaq olmaz. Mən «Qarabağ» haqda danışanda hər zaman demişəm ki, bu komanda öz oyununu oynasa, qələb qazanacaq. Çoxları deyir “Banqa” zəif klubdur, xeyr, Avropada zəif komanda olmur».
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu