Rusiya Premyer Liqasında yarışan Nijni Novqorod “Volqa”sı ilə müqavilə bağlayan millimizin futbolçusu Vaqif Cavadov klubun rəsmi saytına müsahibə verib. Qol.Az müsahibəni təqdim edir:
- Vaqif, yəqin ki, bu gün zənglər səni bezdirib...
- Elədi ki, var. Dostlar, tanışlar zəng vururlar. Karyeramdakı növbəti mərhələ münasibətilə təbrik edirlər. Özüm də şadam.
- “Volqa”ya keçidin necə alındı?
- Bu komandadan daha öncə də təklif almışdım. Amma bu dəfəki təklifi dəyərləndirməyə bilməzdim. Nijni Novqorod klubu mənim keçidim üçün mümkün olan hər şeyi etdi. Həm ötən, həm də bu mövsüm Rusiyanın digər klublarından təkliflər var idi. Amma “Volqa”nın təklifi daha konkret idi. Həm də mən özüm buna hazır olduğumu düşündüm.
- CSKA-nın əvəzedici komandasında oynadıqdan sonra Rusiyada çıxış etməmisiz. Rusiya Premyer Liqasında özünü göstərmək imkanını necə qarşıladınız?
- Əgər marağım olmasaydı, Rusiyaya qayıtmazdım. Belə bir imkan yarandığına görə çox şadam. Bundan mümkün qədər yaxşı istifadə etməyə çalışacağam. “Volqa”da səviyyəmin artacağına inanıram. Bundan əlavə hiss edirəm ki, yeni komandama lazımam. Xüsusilə də indiki vaxtında.
- Hollandiya çempionatı da güclü turnirdi. Niyə alınmadı?
- Hollandiyaya transferimdən cəmi bir həftə sonra dizimdən zədə aldım. Əməliyyat olundum, bundan sonra uzun müddət bərpa dövrü oldu. Formamı bərpa etmək üçün “Bakı”ya icarəyə verildim. İndi başa düşürəm ki, özümü güclü Rusiya Premyer Liqasında göstərmək üçün bütün bu prosesləri keçməliydim. Mən oynamağı çox istəyirəm.
- Funksional hazırlığını necə qiymətləndirərdiniz?
- Moskvaya gələnə kimi mən hər gün “Tvente”nin heyətində gündə iki dəfə olmaqla məşqə çıxırdım. Hər şey qaydasındadı. “Volqa”nın Avstriya toplanışından sonra komandanın ilk oyununa kimi optimal forma yığacağıma inanıram.
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu