“İnanırsınız, hirsimdən bütün gecəni yatmamışam. Əsəbimdən özümə yer tapa bilmirdim. Qələbə qazanmağa borclu olduğumuz oyun idi”.
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində AZAL-ın prezidenti Vaqif Qasımov deyib. Qasımov Avroliqanın birinci təsnifat mərhələsində “Minsk”lə oyunda qalib gələ bilməmələrini bəxtsizliklə əlaqələndirib: “Neynəmək olar, futboldur. Komandamız çox yaxşı oyun sərgilədi. Kifayət qədər qol imkanlarımız oldu. Təkcə Elşən Məmmədov iki real qol vəziyyətindən yararlana bilmədi. Zohair Benuahinin epizodu isə daha real idi. Amma bəxtimiz gətirmədi. Oyundan sonra futbolçuların yanına getdim. Hamısı qələbə qazana bilmədiyimiz üçün çox məyus idi”.
Hücum xəttində çatışmazlıq olduğunu bildirən klub prezidenti bu mövqeyə iki səviyyəli futbolçu alacaqlarını vurğulayıb: “Mütləq hücum xəttinə iki səviyyəli forvard alınacaq. Dünənki matçda da açıq-aşkar bu mövqedə boşluq olduğu nəzərə çarpdı. Düzdür, futbolçular qol vurmaq üçün çox çalışdılar. Lakin gücümüz 1 topdan artığına çatmadı. Əslində bir hücümçu və bir sağ cinah müdafiəçisi ilə razılığa gəlmişdik. Həmin futbolçularla müqavilə bağlayıb, sifariş ərizəsinə daxil etmək istəyirdik. Ancaq bizi pis vəziyyətdə qoydular və Bakıya gəlmədilər. Bundan sonra isə “Minsk”lə oyunun sifariş ərizəsinə başqa oyunçu əlavə edə bilmərik”.
Nazim Süleymanovun oyundan əvvəl dediyi “Minsk”i də keçə bilməsək, daha niyə işləyirəm” açıqlamasına münasibət bildirən Qasımov səfərdəki oyunun nəticəsindən asılı olmayaraq, baş məşqçinin öz vəzifəsində qalacağını söyləyib: “Nazim müəllim il yarımdır ki, bizimlədir. O, AZAL-a baş məşqçi təyin olunanda, komanda 12-ci pillədə idi. Daha sonra 7-ci yerə yüksəldi. Son mövsümdə isə 4-cü pillənin sahibi kimi Avroliqaya vəsiqə qazandı. Məşqçinin işi göz qabağındadır. Özünüz də görürsünüz ki, nəticə var. Ona görə də “Minsk”lə səfər oyunun nəticəsindən asılı olmayaraq, Süleymanov öz vəzifəsində qalacaq”.
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu