"Neftçi" hesabda öndə - Yenilənir

"Neftçi" hesabda öndə - Yenilənir
KONFRANS LİQASI 30 İyul 2026 / 22:03 5216
-  A +

Bu gün Azərbaycan təmsilçisi "Neftçi" Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

QOL.az xəbər verir ki, Yuri Vernidubun komandası Minsk "Dinamo"su ilə Bolqarıstanda qarşılaşır. Bolqarıstanın Staro-Zaqora şəhərindəki “Beroe” stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 21:00-da bşlayıb.

Komandalar arasında ilk oyun Belarus təmsilçisinin 4:2 hesablı qələbəsi ilə bitib. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.

Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları

21:00. "Dinamo" (Minsk, Belarus) - "Neftçi" (Azərbaycan) - 0:1 (İkinci hissə)

Qol: Breno Almeyda, 12

Baş hakim: Tim Marşall (Şimali İrlandiya)

"Beroe" stadionu

İlk oyun - 4:2

Daha çox


Son xəbərlər
topaz banner