Qurban Qurbanov: "Biz Bakıdakı oyuna da ciddi yanaşacağıq"

Qurban Qurbanov: "Biz Bakıdakı oyuna da ciddi yanaşacağıq"
ÖLKƏ FUTBOLU 30 İyun 2011 / 23:26 3087
-  A +

"Çox maraqlı oyun oldu. Qalib gəldiyimiz üçün şadam. Təbii ki, səfərdə 4:0 hesablı qələbə qazanmaq əla nəticədir". Qol.Az-ın məlumatına görə, bu sözləri "Banqa" ilə oyundan sonra "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Qurbanov rəqibi darmadağın etmələrinə baxmayaraq, "Banqa"nı heç də zəif hesab etməyib: "Bu gün Narbekovasla görüşdüyüm üçün çox sevindim. Mən onu SSRİ dövründə televiziyadan görmüşdüm.

Deməzdim ki, "Banqa" zəif rəqibdir. Onların çox gözəl azarkeşləri var. Hansı ki, komandalarını sonadək dəstəklədilər. Bu komandada perspektivli futbolçular da çıxış edir. Biz Bakıdakı oyuna ciddi yanaşacağıq".

Daha çox


Son xəbərlər