Əmrah Çəlikəl: «Bu, Avroliqaya düşmək yolunda ilk addımımız oldu»

Əmrah Çəlikəl: «Bu, Avroliqaya düşmək yolunda ilk addımımız oldu»
ÖLKƏ FUTBOLU 30 İyun 2011 / 22:45 2803
-  A +

«Bugünkü qələbə bizim Avroliqaya düşmək yolunda ilk addımımız oldu».

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində «Qarabağ»ın direktoru Əmrah Çəlikəl deyib.

«Qarabağ» bu gün Litvanın «Banqa» klubunu səfərdə 4:0 hesabı ilə məğlub edib.

«Düzdür, növbəti mərhələyə keçmək şansımızı xeyli yaxşılaşdırmışıq. Amma tam arxayınlaşmaq olmaz» - deyə Ə.Çəlikəl vurğulayıb

«Bugünkü uğurda baş məşqçimizdən tutmuş futbolçularadək hər kəsin əməyi var. Matçın başlanğıcından sonunadək oyuna diqtə edən tərəf «Qarabağ» idi. Bu mənada, «Qarabağ»ın qələbəsi ədalətli oldu» - deyə o bildirib.

 

Daha çox


Son xəbərlər