"Qarabağ" Avroliqada mərhələ adladı

"Qarabağ" Avroliqada mərhələ adladı
AVROKUBOKLAR 17 İyul 2026 / 01:49 7131
-  A +

Bu gün "Qarabağ" Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" ilə cavab oyununa çıxıb.

QOL.az xəbər verir ki, "Thróttarvöllur" stadionunda keçirilən oyun Qurban Qurbanovun komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu komandalar arasında ilk matçda da Ağdam təmsilçisi 3:0 hesabı ilə qalib gəlmişdi. 

Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) ilə qarşılaşacaq. 

00:00. "Vestri" (İslandiya) - "Qarabağ" (Azərbaycan) - 0:3 

Qollar: Jali Muaddib, 5, Pedro Bikalyo, 29, Zakaria Savo, 57 

Hakimlər: Marek Radina, Kamil Hayek, Petr Kotalik, Daniel Vokoun (Çexiya)

VAR: Tomaş Koçourek (Çexiya)

AVAR: Ondrjey Berka (Çexiya)

İlk oyun - 0:3


Dünya Çempionatı 2026
Son xəbərlər
16.07.26  12:19

Tarixdə ilk

topaz banner