Zeki Çelik "Yuventus"da - Rəsmi

Zeki Çelik "Yuventus"da - Rəsmi
DÜNYA FUTBOLU 17 İyul 2026 / 01:01 509
-  A +

"Yuventus" Türkiyə millisinin müdafiəçisi Zeki Çeliki transfer edib.

QOL.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

29 yaşlı futbolçu ilə 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Zeki Çelik son olaraq 2022-ci ilin yayından çıxış etdiyi "Roma"da oynayıb. Türkiyəli müdafiəçi bu yay müqaviləsinin başa çatması səbəbindən paytaxt təmsilçisindən ayrılıb.

O, ötən mövsüm bütün turnirlərdə 45 matçda iştirak edib, 1 qol vurub və 4 məhsuldar ötürmə verib. 


Dünya Çempionatı 2026
Son xəbərlər
16.07.26  12:19

Tarixdə ilk

topaz banner