"Sabah"dan ikinci qol - Yenilənir

"Sabah"dan ikinci qol - Yenilənir
ÇEMPİONLAR LİQASI 14 İyul 2026 / 22:16 5871
-  A +

Bu gün Azərbaycan təmsilçisi "Sabah" UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-lə (Uels) cavab oyununa çıxıb.

QOL.az xəbər verir ki, İngiltərədəki "Park Hall Stadium"da keçirilən matç Bakı vaxtı ilə saat 21:30-da başlayıb.

Bu komandaların bir həftə əvvəl Bakıda oynanılan görüşündə "Sabah" 2:0 hesablı qələbə qazanmışdı.

"Sabah" - TNS cütünün qalibi ÇL-in 2-ci təsnifat mərhələsində "Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub olan tərəf isə yoluna Konfrans Liasının 2-ci təsnifat mərhələsində davam edəcək və “Flora” (Estoniya) – “İberia 1999” (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi

21:30. TNS (Uels) - "Sabah" (Azərbaycan) - 0:2 (Fasilə)

Qol: Coy Lens Mikels, 27, Rəhman Daşdəmirov, 42

İlk oyun - 0:2

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner