Bu gün Avropa Liqasında birinci təsnifat mərhələsinin oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, bu mərhələdən mübarizəyə qoşulacaq 2 təmsilçimiz AZAL və "Qarabağ" klubları ilk görüşlərinə çıxıblar.
Ağdam təmsilçisi ilk görüşünü səfərdə Litva "Banqa"sına qarşı, AZAL isə doğma azarkeşləri önündə Belorusiya "Minsk"i ilə keçirib. Əslində isə püşkün nəticəsinə görə AZAL da "Qarabağ" kimi ilk görüşünü səfərdə keçriməli idi. Lakin UEFA bir ölkə təmsilçisinin eyni vaxtda bir şəhərdə oynamasına imkan vermədiyindən, oyunun yeri dəyişdirilərək Bakıya salınmışdı.
Lakin "Qarabağ"dan fərqli olaraq AZAL Avroliqaya uğursuz sart verib. AZAL bu cütün favoriti sayılsa da, rəqibi ilə bacarmayıb. İlk hissədə qapısında top görən AZAL az sonra rəqibini cəzalandırır. Lakin Nazim Süleymanovun komandasının bundan artığına gücü çatmır və oyun heç-heçə ilə başa çatır.
"Qarabağ" gəldikdə isə, Ağdam təmsilçisinin "Banqa" ilə oyunda hər hansı bir çətinlik çəkəcəyi inandırıcı görünmürdü. Belə də oldu. "Qarabağ"ın son 2 ildə nümayiş etdirdiyi oyunlar bunu deməyə əsas verirdi. Oyunboyu rəqibindən üstün nəzərə çarpan "Qarabağ" səfərdə 4:0 hesabı ilə qalib gələrək Azərbaycan futbol tarixində daha bir ilkə imza atıb. İndiyə kimi heç bir klubumuz səfərdə böyükhesablı qələbə (4:0) qazanmamışdı.
Qeyd edək ki, "Qarabağ" "Banqa"nı keçəcəyi halda Farer adalarının "Streymur", AZAL isə "Minsk"i mübarizədən kənarlaşdıracağı təqdirdə Türkiyənin "Qaziantepspor" klubu ilə qarşılaşacaq.
30 iyun
Avroliqanın birinci təsnifat mərhələsi
20:30. "Banqa" – "Qarabağ" 0:4
Qollar: Rəşad Sadiqov, 15 (0:1), Vüqar Nadirov, 33 (0:2), 69 (0:3), Bəxtiyar Soltanov, 86 (0:4)
Baş hakim: Torvaldor Arnason (İslandiya)
Qarqjday. "Qarqjday" stadionu.
"Qarabağ"ın start heyəti: Boyan Pavloviç, Admir Teli, Rəşad Sadıqov, Ansi Aqolli, Maksim Medvedyev, Namiq Yusifov, Rəşad Sadiqov, Nderim Necipi (Qara Qarayev, 79), Vüqar Nadirov, Georgi Adamiya (Emin İmaməliyev, 83), İlqar Qurbanov (Bəxtiyar Soltanov, 70)
Ehtiyat oyunçular: Fərhad Vəliyev, Zaur Həşimov, Qara Qarayev, Emin İmaməliyev, Bəxtiyar Soltanov, Tural Nərimanov, Rauf Əliyev
"Banqa": Paulius Poçius, Deyvidas Padaygis, Karlois Urbaytis (Anatolie Ostap, 46), Andrius Lipskis (k), Mikas Kura, Mankas Qudauskas, İrmantas Zelmikas, Çaleb Ekveqbo, Sergey Tatyetanq, Andrey Lisaçov, Marian Çoruzi
"Qarabağ" oyuna başladı.
2. Oyunda ilk hücum "Banqa"dan gəlir və "Qarabağ"ın müdafiəçiləri təhlükəni sovuşdurur.
4. Oyun əsasən meydanın mərkəzində gedir. "Qarabağ"ın hücum etmək cəhdi nətcəsiz qalır.
8. İlk təhlükəli vəziyyət "Banqa"nın qapısı qarşısında yaranır. Vüqar Nadirovun zərbəsini rəqib müdafiəçi dəf edir.
12. "Banqa" hücum etmək istəsə də, müdfafiəçilərimiz təhlükənin qarşısını alır.
14. Necipi Vüqara gözəl ötürmə versə də, qapıçı cəld tərpənərək topu tutur.
15. Qoooool. Rəşad Sadiqov 25 metrlik məsafədən hesabı açdı.
18. "Banqa" uzaq məsafədən cərimə zərbəsi vursa da, top qapının üstündən keçir.
20. Qoldan sonra "Banqa" irəli atılsa da, hücumlar nəticəsiz qalır.
22. Vüqar kobudluqla dayandırılırvə hakim cərimə zərbəsi ytəyin edir. Necipinin cərimə meydançasına ötürdüyü topu rəqib müdafiəçilər uzaqlaşdırır.
24. "Banqa" künc zərbəsindən də yararlana bilmir. Qapıya doğru ünvanlanan topu "Qarabağ"ın müdafiəçiləri zərərsizləşdirir.
27. Vüqar rəqib müdafiəçilərindən topu "oğurlayıb" gözəl ötürmə versədə, "Qarabağ"ın heç bir futbolçusu topa çatmır.
30. Oyun tamamilə "Qarabağ"ın üstünlüyü şəraitində keçir. "Qarabağ" bu tip oyunla nəinki "Banqa"nı məğlub etməli, eyni zamanda növbəti mərhələyə adlamalıdır.
31. "Banqa" yeni hücum qursa da, hakim "Qarabağ"ın lehinə cərimə zərbəsi təyin edir.
33. Qoooool. Künc zərbəsindən sonra Vüqar Nadirov ikinci qolu vurdu.
38. Vüqar 3-cü qolu vurmağa yaxın olsa da, bu istəyini reallaşdıra bilmədi.
39. Adamiyanın gözəl keçidindən sonra Rəşad Sadıxov uzaq məsafədən zərbəsinin qarşısını müdafiəçi kəsə bildi.
42. Necipiyə qarşı kobudluq, hakim cərimə zərbəsi təyin etdi.
43. Rəşad Sadıqovun 30 metrdən vurduğu top qapının üstündən keçir.
FASİLƏ
İkinci hissə başladı
49. "Banqa" təzyiqi nəticəsində müdafiəçilərimiz kobud səhvə yol verir. Rəqib topu ələ keçirərək qapıya vursa da, Boyan Pavloviç topu tutur.
52. "Banqa" birinci hissəyə nisbətən ikinci yarıda daha inamlı təsir bağışlayır. Lakin rəqibin hücumları nəticəsiz qalır.
56. oyuna yenicə daxil olan Ostap zədələnərək meydanı tərk edir. Onu Kulbis əvəz edir.
58. Ansi Aqollinin uzaqdan vurduğu topu qapıçı tutur.
60. Adamiyanın driblinqindən sonra İlqara ötürməsini sonuncu tamamlaya bilmədi, dönən topa Aqollinin zərbəsini isə qapıçı tuta bildi
66. "Qarabağ"ın müdafiəçiləri sayıqlığı ilə diqqət çəkir. "Banqa" hücum etməkdə çətinlik çəkir.
69. Qooooooll. Vüqar Nadirov 25 metrd məsafədən hesabı 3:0 edir.
70. İlqar Qurbanovun yerinə Bəxtiyar Soltanov oyuna daxil oldu.
79. Necipini Qara Qarayev əvəzləyir.
82. "Banqa" təhlükəli hücumla yadda qalır. Qapı qarşısına ötürmə verilsə də, Boyan Pavloviç topu tutur.
83. Emin İmaməliyev Georgi Adamiyanın əvəzinə meydana daxil olur.
86. Qooooool. Bəxtiyar Soltanov hesabı 4:0-a çatdırır.
Oyun başa çatdı
20:00. AZAL – "Minsk" - 1:1
Qol: Viktor İbokeyi, 13 (1:1)
Hakimlər: Andris Treymanis, Harald Gudermanis, Aleksey Spasjonnikov, Vadim Direktorenko (hamısı Latviya)
Hakim-inspektor: Ferenc Szekeli (Macarıstan)
UEFA nümayəndəsi: Patrik Uottebled (Fransa)
Bakı. AZAL stadionu.
AZAL-ın start heyəti: Cahangir Həsənzadə, Robert Petrov, Usim Nduka, Aqil Nəbiyev, Ritus Krjauklis, Tərlan Xəlilov, Zohair Benouahi, Viktor İqbekoye, Mənsur Limani, Kius İkedia, Enyo Krastovçev
"Minsk": Simas Skinderis, İqor Voronkov, Aleksandr Saçivko, Andrey Razin (k), Denis Saçeko, Roman Vasilyuk, Yevgeni Loşanov, Dmitri Şeqrikoviç, Artyom Rəhmanov, Tajia Soro, Yonas Pyatrauskas
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu