"Qarabağ" komandası Litvada "Banqa" ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşü öncəsi son məşqini keçirib. Qol.Az-ın məlumatına görə, yerli vaxtla 17:45-də start götürən məşq iki 10 dəqiqə olmaqla ikitərəfli oyunla başa çatıb. Bütün heyətin qoşulduğu məşqdə yalnız Əfran İsmayılov fərdi məşqlə kifayətlənib.
Məşq başa çatan kimi Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Qurbanov matçın hər iki klub üçün çətin keçəcəyini bildirib: "Komandamız oyuna planauyğun şəkildə, ciddi hazırlaşıb. Düşünürəm ki, oyun hər iki tərəf üçün çətin keçəcək. Meydançanın süni olmasının bizə elə də önəmi yoxdur, çünki süni meydançada futbolçularım necə oynamağı bilirlər. Heyətdə keçən illə müqayisədə dəyişiklik elə də böyük deyil və demək olar ki əsas "onurğa sütunu"nu saxlaya bilmişik. Rəqibimiz gənc, dinamikdir və ən əsası baş məşqçisi Arminas Narbekovas tanınmış, təcrübəli mütəxəssisdir".
Oyunun nəticəsinə gəlincə, "Qarabağ"ın baş məşqçisi konkret hesab deməyib: "Sadəcə inanıram ki, oyun komandamıza sərf edən nəticə ilə bitəcək".
Daha sonra "Banga"nın baş məşqçisi Arminas Narbekovas mətbuatın suallarını cavablandırıb. O, meydança, azarkeş amilinin onların tərəfində olmasına diqqəti çəkərək ilk matçda sərfəli nəticə qazanmaları üçün çalışdıqlarını bildirib: "Oyunun nəticəsinə gəlincə, qələbə olmasa, qolsuz heç-heçəni sərfəli nəticə sayacağıq".
Qeyd edək ki, Qarqjdai şəhərindəki eyniadlı arenada keçiriləcək "Banqa" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu