"Zirə" Türkiyə klubuna qarşı

"Zirə" Türkiyə klubuna qarşı
ÖLKƏ FUTBOLU 1 İyul 2026 / 10:52 777
-  A +

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Zirə” Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda yerli "Fatih Karagümrük"lə üz-üzə gələcək.

Ötən mövsümün sonunda Superliqanı tərk edən Türkiyə klubu ilə görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 

Qeyd edək ki, “Zirə” Boludakı ilk matçında Özbəkistan “Navbahor”una 1:3, ikinci matçında Türkiyə təmsilçisi "Igdır"a 3:4 hesabı ilə uduzub.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner