Makedoniya millisinin və “Qarabağ” klubunun sabiq futbolçusu Artim Şakirinin Qol.Az saytına müsahibəsi
- İlk öncə “Qarabağ”dakı karyeranız haqda danışardınız?
- “Qarabağ” mənim üçün doğma komandadır. Burada çox gözəl 1 il keçirdim və özümə xeyli dost qazandım. Öz oyunumla “Qarabağ” azarkeşlərinin də rəğbətini qazanaraq, oradan xoş xatirələrlə ayrıldım.
- 2009-cu ildə “Qarabağ”dan gedişiniz heç də birmənalı qarşılanmadı. Mövsüm başa çatdıqdan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sizi komandada saxlamadı. Bunu necə qarşıladınız?
- Mənim “Qarabağ”la 1 illik müqaviləm var idi. Mövsümün sonunda müqavilə müddətim başa çatdı və komandadan ayrılmalı oldum. Həm də artıq yaşım çox idi. “Qarabağ” klubu isə daha çox gənclərə üstünlük verirdi. Ona görə də məşqçinin bu addımını normal qarşıladım.
- “Qarabağ”dan ayrıldıqdan sonra nə işlə məşğul oldunuz?
- “Qarabağ”dan ayrılmaqla futbolçu karyeramı da başa vurdum. Ölkəmə qayıtdım və yenə də futbol sahəsində çalışdım. Az sonra UEFA-nın Pro lisenziyasına layiq görüldüm. Hazırda isə Makedoniya milli komandasının baş məşqçi vəzifəsinə namizədəm. İyulun 15-nə qədər bu məsələyə aydınlıq gəlməlidir. Milli komandada çalışmaq mənim üçün böyük şərəfdir.
- Azərbaycan çempionatı ilə maraqlanırdınız?
- Mütəmadi olaraq izləmirdim. Lakin internetdən bəzi oyunların nəticələri ilə maraqlanırdım. Əsasən də “Qarabağ”ın oyunlarını izləyirdim.
- Bəs klublarımızın avrokuboklardakı çıxışlarını necə, izləyirdiniz?
- Hamısını izləməyə vaxtım olmurdu. Ancaq ötən mövsüm “Qarabağ”ın Makedoniyanın “Metallurq” və Almaniyanın “Borussiya” (Dortmund) klubları ilə oyunlarına baxmışdım. “Metallurq”la oyunda “Qarabağ” birbaş üstün idi. “Borussiya” ilə oyun isə mənim üçün gözlənilməz oldu. Doğrudur, “Qarabağ” həmin oyunda zəif təsir bağışladı. Ancaq yenə də “Qarabağ”ın “play-off”a qədər irəliləməsi uğur sayılmalıdır.
- Bu mövsüm klublarımızın avrokublardakı şanslarını necə dəyərləndirirsiniz?
- Onu deyə bilərəm ki, “Neftçi”nin işi çox çətin olacaq. Çünki “Dinamo” (Zaqreb) klubu “Neftçi”dən daha təcrübəlidir. Bununla belə, hər iki komandanın hazırkı durumu haqda məlumatım yoxdur. Ona görə də, hansı komandanın növbəti mərhələyə keçəcəyini deyə bilmərəm. “Xəzər Lənkəran”a gəldikdə isə “Makkabi” (Təl-Əviv) klubu da güclü rəqibdir. Lakin düşünürəm ki, “Xəzər Lənkəran” “Makkabi” səddini keçə biləcək. AZAL və rəqibi haqda isə heç nə bilmirəm.
- “Qarabağ” haqda heç nə demədin axı?
- “Qarabağ” haqda nə deyim (gülür)?.. Sabiq komandam “Banqa”nı 100 faiz keçəcək. Buna heç şübhəm yoxdur.
- Nə vaxtsa Azərbaycana gəlməyi düşünürsünüz?
- Bəli. Avqust ayında Azərbaycan və Makedoniya yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək. Həmin vaxt Bakıya gəlmək fikrim var. Oradakı dostlarım üçün çox darıxmışam.
- Azərbaycanda işləmək fikriniz necə, var? Hər hansı bir təklif alsanız qəbul edərsiniz?
- Əlbəttə, qəbul edərəm. Azərbaycan mənim üçün doğma ölkədir. “Qarabağ”da çıxış etdiyim dövrdə özümü vətənimdəki kimi hiss edirdim. Ona görə də, orada çalışmaq mənim üçün maraqlı olar.
- Hansı klubda çalışmaq istərdiniz?
- Fərqi yoxdur. Mən peşəkar insanam. Ümumilikdə Azərbaycan Premyer Liqasında çalışmaq istəyirəm. Təbii ki, iddialı klubda çalışmaq daha yaxşı olardı.
- Bəs Makedoniya millisi necə olacaq?
- Mən hər iki ölkədə işləməyə hazıram. Bu, mənə əlavə güc verər.
- Azərbaycan yığmasından təklif alsanız, qəbul edərsiniz?
- Hazırda Azərbaycanı təcrübəli bir baş məşqçi çalışdırır. Ona görə də, mənə təklif gələcəyinə inanmıram.
- Yeri gəlmişkən Berti Foqts haqda nə deyə bilərsiniz?
- Onun haqda heç nə danışmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, çox təcrübəli və işini bilən mütəxəssisdir.
- Ona görə millimiz son oyunlarda məğlub olur?...
- Futbolda hər şey olur (gülür). Artıq gələcəyə baxmaq lazımdır.
- Ümumilikdə Azərbaycan futbolu haqda nə deyə bilərsiniz?
- Azərbaycan Premyer Liqası Makedoniya çempionatından daha səviyyəlidir. Sizin ölkədə futbola daha çox investisiya qoyulur. Düşünürəm ki, Azərbaycan millisində çıxış edən futbolçuların əksərriyyəti Avropa klublarında çıxış etməlidir. Lakin bunun üçün bir qədər zamana ehtiyac var.
- Dünya futbolundakı kumiriniz kim olub?
- Maradona və Zidan.
- Bəs müasir dövrdə? Məsələn; Messi, yoxsa Ronaldo?
- Hər ikisi təcrübəli oyunçudur. Onları fərqləndirmək düzgün olmazdı. Hərəsinin özünəməxsus oyun stili var.
- Hansı klubun azarkeşisiniz?
- “Barselona” hazırda dünyanın ən güclü komandalarından biridir. Onların sərgilədikləri oyun hər kəsi valeh edir. Bununla belə, mən “Real” azarkeşiyəm.
- Karyeran ərzində ən yadda qalan oyun hansı olub?
- Karyeram ərzində keçirdiyim bütün oyunlar mənim üçün əzizdir. Onları heç zaman unutmuram. Ancaq 2002-ci ildə səfərdə İngiltərə ilə keçirdiyim oyun mənim yaddaşımda xoş bir xatirə olaraq qalır. Həmin görüşdə fərqlənməyim, künc zərbəsindən vurduğum qol isə mənim üçün xüsusi önəm daşıyır.
- Bəs ən uğursuz oyun kimi hansını qeyd edə bilərsiniz?
- Mən uğursuz oyunlar haqda heç vaxt düşünmürəm. Yalnız qələbə qazandığımız oyunları yadda saxlayıram. Çünki hər bir uğursuz oyun futbolçuya mənfi təsir göstərir. Ona görə də, belə oyunları bacardığım qədər tez unutmağa çalışıram. Əgər belə olmasa, növbəti oyunlarda çıxış etmək futbolçu üçün çətin olur.
- Azərbaycanda olduğun müddətdə ölkəmizdə ən çox nəyi bəyəndiniz?
- Bakı daha çox xoşuma gəldi. Orada xeyli dostlarım var. Yaxın vaxtlarda onları görməyə gələcəyəm. İnanıram ki, bir gün Azərbaycanda məşqçi kimi də çalışacağam.
ÇL-də nəhənglərin dueli
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov