Mundialda büdrədilər, baş məşqçi istefa verdi

Mundialda büdrədilər, baş məşqçi istefa verdi
DÜNYA FUTBOLU 28 İyun 2026 / 21:20 1299
-  A +

Cənubi Koreya millisinin baş məşqçisi Hon Myon Bo istefa verib.

QOL.az xəbər verir ki, “Yonhap” agentliyinin məlumatına görə, 57 yaşlı mütəxəssis DÇ-2026-da uğursuz çıxışa görə məsuliyyəti üzərinə götürərək vəzifəsindən ayrıldığını açıqlayıb.

Qeyd edək ki, Cənubi Koreya A qrupunda CAR və Meksikaya 0:1 hesabı ilə uduzub, Çexiyanı isə 2:1 məğlub edib. Komanda 3 xalla qrupu başa vursa da, pley-offa yüksələ bilməyib.

Xatırladaq ki, Hon Myon Bo 2014-cü ildən sonra ikinci dəfə dünya çempionatında Cənubi Koreya millisini qrup mərhələsindən çıxara bilməyib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner