AZAL klubunun yeni futbolçusu Elşən Məmmmədovun Qol.Az saytına müsahibəsi
- Necə oldu ki, məhz “Azal “ı seçdin?
- Buna bir neçə səbəb göstərmək olar. Əvvəla komanda iddialılar sırasında yer alır, digər tərəfdən kolektiv və oyun tərzləri çox xoşuma gəlir. Hətta başqa komandada çıxış edəndə də AZAL-ın oyun üslubunu bəyənirdim. Çox döyüşkən heyətə malik bir komandadır. Ən əsas da kollektiv oyuna üstünlük verdiklərindən bu klubu seçdim.
- Bəs, başqa klublardan təkliflər almışdın?
- İlk olaraq deyim ki, AZAL klubu mənə hələ aprel ayında təklif göndərmişdi. Digər təkliflərə gəlincə, heç bir klubla konkret masa arxasına keçməmişdik. Yalnız qeyri-rəsmi təkliflər olmuşdu. Bir ara Türkiyə çempionatında birinci dəstəsində çıxış etmək fikrinə düşmüşdüm. Ancaq bu fikrimdən vaz keçdim.
- Deyilənə görə, AZAL-a keçməyində Nazim Süleymanovun böyük rolu olub.
- Nazim müəllimlə münasibətimiz həmişə yaxşı olub. Əlbəttə, AZAL-ın heyətində yer almağımın əsas səbəbkarlarından biri Nazim müəllimdir .Mən də çalışacağam ki, onun ümidlərini doğruldum və komandamın uğurları üçün əlimdən gələni edim.
- Avroliqada AZAL-ın rəqibi Belarusun “Minsk” klubu oldu. Rəqib haqda nə düşünürsən?
- “Minsk” haqda çox məlumatım yoxdur. Onu bilirəm ki, rəqib hazırda Belarus çempionatında turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. Onların bu yaxınlarda keçirdikləri oyunlardan birinin videoyazısını əldə etmişik. İnşallah, həmin oyuna baxdıqdan sonra rəqibin zəif tərəflərini aşkar edib,onları məğlub etməyin yollarını düşünəcəyik.
Ümumiyyətlə isə, hazırda Avroliqada zəif rəqib olmadığını düşünürəm.
- Hazırkı klubun mövsüm sona çatan kimi bir çox aparıcı futbolçusu ilə yolları ayırdı. Səncə, AZAL indiki durumu ilə “Minsk”səddini keçə biləcək?
- Mən belə düşünürəm ki, “Minsk”i məğlub edərək ilk mərhələni adlamaq mümkündür. Əgər ilk mərhələni keçsək, bilirik ki, növbəti rəqibimiz Türkiyənin “Qaziantəpspor” klubu olacaq. Onlarla da oyuna nikbin baxırıq. Ancaq hələ ki, belaruslarla keçirəcəyimiz görüşə ciddi hazırlaşırıq. Çünki yaxşı bilirik ki, ilk mərhələdən çox şey asılıdır.
- Rəqibin baş məşqçisi AZAL-dan qorxmadıqlarını, mərhələnin taleyini elə ilk oyundaca həll edəcəklərini bildirib.
- Yəqin o, öz komandasına həddindən artıq güvənir ki, Bakıda qalib gələcəklərini deyir. Ancaq belə arxayın danışanların aqibəti çox vaxt yaxşı qurtarmır. Ən azı hər bir rəqibi dəyərləndirməklə yanaşı, ona hörmət etmək lazımdır.Bu, onun subyektiv fikiridir. Biz də öz növbəmizdə doğma divarlar arsında bizə lazım olan nəticəni əldə etməyə çalışacağıq. İnanıram ki, ilk mərhələnin qalibi biz olacağıq.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı