Ölkəmizi Avroliqada təmsil edəcək AZAL-ın baş məşqçisi Nazim Süleymanovun Qol.Az saytına müsahibəsi
- Artıq 3 gündən sonra “Minsk”lə oyuna çıxacaqsınız. Hazırlıqlarınız necə gedir?
- Hər şey yaxşıdır. Plan üzrə hazırlaşırıq. Allahın köməyilə yaxşı olacaq.
- Heyətlə bağlı hər hansı problem yoxdu?
- Allaha şükür ki, hələlik heç bir problemimiz yoxdur.
- Birinci oyunun səfərdə keçirilməsi üçün çox çalışdınız. Amma alınmadı. İlk görüşün ölkəmizdə baş tutması planlarınıza necə təsir edəcək?
- Nə təsir göstərə bilər ki. Biz həm orda oynamalıyıq, həm də burda. Bu, sadəcə psixoloji üstünlük ola bilərdi ki, birinci səfərdə qarşılaşıb, sonra evdə meydana çıxaq və daha yaxşı oynayaq. Mən belə düşünürəm ki, evdə yaxşı oynayan, səfərdə də yaxşı oynayar.
- Bildiyimizə görə, hazırda baxışda Bosniya və Hersoqovinadan Branislav Arseniyeviç adlı bir futbolçu var. Maraqlıdır, bu müdafiəçinin çıxışı sizi qane edirmi? Onunla müqavilə imzalanacaq?
- Buna sabah qərar veriləcək. Daha iki futbolçu düşərgəmizə qoşulmalıdır. Yəqin ki, bu üç futbolçudan birini adını iştirak ərizəsinə salacağıq. Arseniyeviçin çıxışına gəldikdə, pis təsir bağışlamır. Ancaq təəssüflər olsun ki, biz ikitərəfli oyun və məşqlərlə kifayətlənirik. Bilirsiniz ki, futbolçunun nəyə qadir olduğu güclü rəqiblərlə yoxlama oyununda daha yaxşı görünür. Buna baxmayaraq, üç məşqçi müdafiəçinin oyununu izləyir. İnşallah, sabah qərar verəcəyik.
- Belə başa düşdüm ki, yoxlama oyunu keçirməyə komanda tapmırsınız.
- Bilirsiniz, komandaların bəziləri heç yığışmayıb, bəziləri isə hazırlığa yenicə start veriblər. Bakıda olan klublardan “Neftçi” ilə danışdıq, amma bizə dedilər ki, hazırda yoxlama oyunu keçirmək onların hazırlıq planlarına uyğun deyil.
- Sabah yeni futbolçuların gələcəyini bildirdiniz. Onların kimliyi barədə məlumat verə bilərsiniz?
- Sadəcə onu deyim ki, biri makedoniyalı, digəri isə albaniyalıdır.
- Bundan əvvəl baxışa dəvət etdiyiniz serbiyalı hücum Vladimir Cilasın oyunu sizi qane etmişdi. Onunla danışıqlar aparmaq üçün komandanın prezidenti Vaqif Qasımovun İsveçrədən dönüşünü gözləyirdiniz. Cilasın transfer məsələsi nə yerdə qalıb?
- Bildiyiniz kimi, Cilas ölkəsinə getmişdi. İyunun 18-də qayıtmalı idi. Ancaq gəlmədi. Deyəsən, meneceri onu Qazaxıstana aparıb. Futbolda belə şeylər olur. Danışıqlar prosesi gedə-gedə menecer futbolçunu başqa yerə aparır.
- Bəs, bundan sonra futbolçu ilə əlaqə saxlamadınız?
- Futbolçuyla niyə əlaqə saxlamalıyam ki. Onun meneceri var. Həmin şəxslə danışmışam.
- Nə danışmısınız?
- Müxtəlif bəhanələr gətirir. Gah deyir, yoxdur. Gah da deyir ki, telefonuna zəng çatmır. Daha biz neynəməliyik?
- “Minsk”in son oyununu izləmisiniz?
- Oyunu izləməyə bizim vitse-prezidentimiz Fikrət Hüseynov və köməkçi məşqçimiz getmişdi. Rəqibimizin oyununa canlı baxıblar. Onlar artıq ölkəmizdədirlər. Dünən qayıdıblar. Komandanın oyun üslubu, zəif və güclü cəhətləri ilə bağlı qeydlərini aparıblar. Düzdür, kaseti hələ gətirməyiblər. Ancaq məndə onların “Dinamo” (Minsk) ilə oyununun diski var. Həmin görüşlərə baxıb, təhlil eləyirəm.
- “Minsk”in ölkəmizə nə vaxt gələcəyindən xəbəriniz var?
- İyunun 29-da Azərbaycanda olacaqlar. Həmin gün axşam Şüvəlanda oyunöncəsi son məşqlərini edəcəklər.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı