Əfran İsmayılov zədələndi

Əfran İsmayılov zədələndi
ÖLKƏ FUTBOLU 25 İyun 2011 / 11:15 2948
-  A +

Avroliqanın birinci təsnifat mərhələsində “Banqa” ilə oyunöncəsi “Qarabağ” itki ilə üzləşib. Qol.Az-ın məlumatına görə, Ağdam klubunun yarımmüdafiəçisi Əfran İsmayılov son məşqdə zədələnib.

22 yaşlı futbolçunun “Banqa” ilə səfərdə baş tutacaq ilk oyunda komandasına kömək edə bilməyəcəyi bildirilir. Əfranın iyulun 7-də Bakıdakı ikinci qarşılaşmada meydana çıxacağı gözlənilsə də, hələlik həkimlər dəqiq bir söz deməyiblər.


 

Daha çox


Son xəbərlər