"Turan Tovuz" Misli Premyer Liqasında mövsümün sonuncu - 33-cü turunda "Sabah"a 1:2 hesabı ilə məğlub olub.
QOL.az sportal.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı oyun oldu. Təəssüflər olsun ki, qol epizodlarını dəyərləndirə bilmədik. Elə oyundur ki, futbolçularıma pis heç nə deyə bilmərəm. Var gücləri ilə oynadılar. Gənc futbolçulara şans vermək üçün imkan var idi. Onları meydana buraxdıq.
- Mövsümü necə dəyərləndirirsiniz?
- Ümumilikdə uğurlu mövsüm kimi qiymətləndirirəm. Amma bəzi bərabərsəviyyəli oyunlar oldu ki, xallar itirdik. Paltardəyişmə otağında futbolçulara mövsümə görə təşəkkürümü bildirdim.
- Mövsümün əvvəlində Ehtiram Quliyev bildirmişdi ki, hədəfimiz çempionluqdur. "Turan Tovuz" növbəti mövsümdə çempionluğa oynaya bilər?
- Çox şadam ki, klubun rəhbəri maksimum hədəflər qoyur. Bu, çox vacib məsələdir, məsuliyyəti də artırır. Bu mövsüm göstərdi ki, heyətin möhkəmləndirilməsi vacibdir. "Sabah" bunu sübut etdi. Çox güclü heyət yığdılar. Onların yaxşı baş məşqçiləri var. Nəticədə çempion oldular. Biz də heyəti gücləndirməyə çalışacağıq. Amma büdcəmizin buna nə qədər imkan verəcəyini demək çətindir. Maliyyə imkanlarımızın necə olduğunu gözəl başa düşürük.
- "Turan Tovuz"la avrokuboklarda uğurlu nəticə əldə etmək olar?
- Hər şey heyətin gücləndirilməsindən asılı olacaq. Bu da maliyyə imkanları ilə bağlıdır. Əgər heyətimiz güclənsə, şanslarımız da yüksək olacaq.
Keyn müqavilə imzalamağa tələsmir
"Barselona" onu hədəfə aldı
Baş məşqçinin qərarına təəccübləndi
CAR-ın DÇ-2026 üçün ilkin heyəti açıqlandı
"Heç bir halda arxayınlaşmaq olmaz" - Kaxaber Sxadadze
AFFA bu klubun 2-ci liqada iştirakına icazə verdi
"Qəbələ" 3 xalı 3 qolla qazandı - Video
Silva "Atletiko"ya keçə bilər
"Qəbələ" "Şamaxı"ya qalib gəldi
"Qalatasaray" Saşa Boeylə bağlı geri addım atır
Avroliqanın rəmzi komandası açıqlandı
Avroliqanın ən yaxşısı seçildi
1-ci liqanı tərk edən komanda bəlli oldu
"Neftçi" İK Azərbaycan kubokunun qalibi oldu
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Superliqada yeni legioner limiti tətbiq olunacaq
Seyxan Fərəcov mükafatlandırıldı
"Qəbələ" - "Şamaxı": Heyətlər
Azərbaycanda “transfer pəncərələri”nin vaxtı məlum oldu
Misli Premyer Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
Seneqal millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
“Qarabağ”dan daha bir transfer – Bakıya gəldi