"Baş məşqçi Jorj Kaşkilya ilə müqaviləmiz mövsümün sonunadək qüvvədədir və o, hazırda komandamızda fəaliyyətini uğurla davam etdirir".
Bu sözləri QOL.az saytına açıqlamasında "İmişli"nin mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu deyib.
Klub rəsmisi komandanın baş məşqçisi Jorj Kaşkilyanın gələcəyi haqda danışıb. O, mövsümün sonunda portuqaliyalı mütəxəssislə yolların ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:
"Klub olaraq bu mövsüm üçün müəyyən edilmiş hədəflərimiz var və əsas diqqətimiz baş məşqçi ilə birlikdə həmin məqsədlərə nail olmağa yönəlib. Müqavilənin gələcək perspektivlərinə gəldikdə, çempionat hazırda davam edir. Bu səbəbdən məsələ qarşılıqlı anlaşma və əməkdaşlıq prinsipləri əsasında mövsüm başa çatdıqdan sonra dəyərləndiriləcək və yekun qərar qəbul edilərək ictimaiyyətə rəsmi şəkildə açıqlanacaq".
Qeyd edək ki, J.Kaşkilya ötən ilin iyul ayından "İmişli"ni çalışdırır. Hazırda onun komandası Misli Premyer Liqasının turnir cədvəlində 32 xalla 9-cudur.
Fonsekanı o əvəzlədi
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab