“Neftçi” Türkiyədə hazırlıq prosesini başa vurub. Vətənə qayıtmazdan öncə komandanın baş məşqçisi Arif Əsədov Qol.Az saytına müsahibə verib.
- Çempionlar Liqasının püşkatmasının nəticəsindən razı qaldınız? Siz hansı rəqiblə düşmək istərdiniz?
- Konkret rəqib gözləmirdik. Amma bilirdik ki, Çempionlar Liqasında zəif komanda yoxdur. Onların içərisində ən güclü rəqib bizə düşdü. Əlbəttə, birinci mərhələdə zəif rəqiblə düşmək istərdik. Ancaq belə alındı. Biz öz oyunumuzu düşünüb, inşallah istədiyimiz hədəfə çatacağıq.
- Sizcə, “Neftçi”nin bəxti gətirdi, yoxsa “Dinamo”nun?
- Bunu oyundan sonra deyə bilərik. Kimin bəxtinin gətirdiyi matçdan sonra məlum olacaq. “Dinamo” həqiqətən köklü və güclü komandadır.
- “Dinamo” haqqında bütün məlumatları toplamısınız?
- Hələlik yalnız statistik məlumatlara sahibik. Yalnız oyununu izləmək qalıb, onun da diskini tapıb, baxacağıq. Artıq bununla bağlı iş gedir. 2-3 günə oyun diskləri əlimizdə olacaq. Ən azı iki oyununu izləyəcəyik. Bundan başqa, biz Avstriyada olanda, onlar da Sloveniyada təlim-məşq toplanışında olacaqlar. Orada yoxlama oyunu keçirsələr, vaxt tapıb, gedib izləyəcəyik. Belə bir planımız da var.
- Yəqin ki, məlumatınız var, “Dinamo” artıq Azərbaycanda çıxış etmiş və hazırda çıxış edən bəzi futbolçularla görüşüb, məsləhət alıb.
- Bizdə də müəyyən məlumatlar var. Məsələn, Rodriginyo onların heyətində çıxış edən braziliyalıları tanıyır. Mitreski və Georgievki də rəqimizin bəzi oyunçuları ilə yaxından tanışdır. Ancaq həlledici məlumatları, oyunlarını izlədikdən sonra əldə edəcəyik. Bunlar hamısı statistik göstəricilərdir. Oyunlarını izlədikdən sonra, onlara qarşı necə oynamaq lazım olduğuna qərar verəcəyik.
- İlk oyun səfərdə olacaq. Komandanın baş məşqçisi kimi, birinci görüşdən hansı nəticəni gözləyirsiniz?
- Səfər oyununda əsas məqsədimiz qol vurub, ən azından heç-heçə oynamaq olacaq. Çünk ilk oyundur, başa düşürük ki, doğma meydan amilindən maksimum yararlanmağa çalışacaqlar. Ajiotaj, ilk dəqiqələrin xofu, təzyiqi olacaq. Ancaq oyunçularımız təcrübəlidirlər, belə oyunlara alışıblar. İnşallah yaxşı nəticə ilə azarkeşlərimizi sevindirəcəyik
- Avrokuboklarda ölkəmizi təmsil edən digər klublarımızın da rəqiblərindən xəbəriniz var. Onların şanslarını necə qiymətləndirirsiniz?
- İlk növbədə hər birinə uğurlar arzulayıram. Rəqiblərə gəldikdə, ən zəif rəqib “Qarabağ”a düşüb. AZAL da nisbətən zəif rəqiblə qarşılaşacaq. Əgər rəqiblərin gücünə görə sıralasaq, birinci “Neftçi”, ikinci “Xəzər Lənkəran”, üçüncü AZAL, dördüncü isə “Qarabağ”dır.
- Bakıya nə vaxt qayıdırsınız?
- Artıq biz yoldayıq. Bu gün gecə saatlarında Bakıya çatacağıq. 2-3 günlük istirahətin ardından, iyunun 26-da məşqlərimizi bərpa edəcəyik.
- Xorvatiyaya nə vaxt getməyi düşünürsünüz?
- İnşallah ayın 30-u hazırlıq prosesenin ikinci mərhələsi üçün Avstriyaya yola düşəcəyik. Əvvəlcədən də planlaşdırdığımız kimi, ilk oyunumuz səfərdə olduğu üçün Avstriyaya bir neçə gün gec gedəcəyik. Oradan isə oyuna bir gün qalmış Zaqrebə keçəcəyik.
- Yəqin ki, xəbəriniz var, iştirak ərizəsini iyulun 7-nə kimi UEFA-ya təqdim etməlisiniz. Bu baxımdan sifariş ərizəsinə adını daxil etmək istədyiniz yeni oyunçular olacaq?
- Hazırda yalnız bir transferimiz qalıb. Onunla danışıqlarımız davam edir. Alınsa, həmin oyunçunun adını da sifariş ərizəsinə daxil edəcəyik. Alınmasa da, əlimizdəki heyətlə Xorvatiyaya yollanacağıq.
- Təlim-məşq toplanışınız necə keçdi? Komandanın hazırlıq prosesindən razı qaldınız?
- Həm təlim-məşq toplanışı keçdiyimiz yerin şəraitindən, həm də komandanın hazırlıq səviyyəsindən razı qaldım. Bilirsiniz ki, burda daha çox fiziki hazırlıqlara üstünlük verdik. Mən deyərdim ki, futbolçuların fiziki göstəriciləri məni tam qane etdi. Hamısı yüzdə yüz, canla-başla işlədilər. Sonda hazırlığımızı yoxlama oyunu ilə bitirdik. Həmin görüş də yorğunluq fonunda idi. Hər futbolçuya 45 dəqiqə şans verdim. Hamısından razı qaldım.
- Bildirmişdiniz ki, Türkiyədəki təlim-məşq toplanışından sonra komandadan göndəriləcək digər oyunçuların da adlarına aydınlıq gələcək.
- Yox, gedənlər gedib, qalanlar isə klubu tərk etməyəcəklər. Artıq komanda komplektləşib. Heyətimizə gənc futbolçular cəlb etmişdik. Onlardan bəzilərinə şans yaradacağıq ki, başqa klublarda icarə əsasında çıxış edib, oyun praktikası qazansınlar. Bəzilərini isə komandada saxlayacağıq. Hazırkı heyətimizi qoruyub saxlayacağıq.
- Bəs Araz Abdullayevin məsələsi nə yerdə qalıb?
- Araz iyulun 5-6-na kimi “Neftçi” ilə məşq edəcək. Bundan sonra isə İngitərəyə gedib, “Everton”un düşərgəsinə qatılacaq.
- Bəs Amit Quluzadə? Bildiyimizə görə, Bank Asya 1-ci Liqasında çıxış edən “Ərciyəspor”dan təklif alıb.
- Bəli, belə bir təklif var. Yerli futbolçulardfan hansınasa, ölkə xaricindən təklif gəlsə, biz heç vaxt onun qabağını almayacağıq. Əksinə, şərait yaradacağıq. Klub rəhbərliyi səviyyəsində bu klubla danışıqlar gedir. Danışıqlar prosesinin nəticələrini gözləyirik.
- Şəxsən siz Amtin başqa kluba keçməyini istəyirsiniz?
- Mən bir məşqçi kimi bu futbolçunun getməyini istəməzdim. Çünki biz bunları yetişdiririk, oynamaq vaxtı gəlib çatanda, təklif gəlir, gedirlər. Amma Azərbaycan futbolunun inişafı naminə buna qarşı çıxmaq istəmərik. Qoy gedib ölkə xaricində oynasınlar və təcrübə toplasınlar ki, gələcəkdə milli komandamıza xeyirləri dəysin. Komandadan gedənlərin yerinə isə aşağı yaş qruplarından yeni istedadlar çıxarmağa çalışırıq.
ÇL-də nəhənglərin dueli
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov