Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyevin Qol.Az saytına müsahibəsi
- Bildiyiniz kimi, artıq avrokuboklarda iştirak edən klublarımızın rəqibləri müəyyənləşdi. Mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq “Xəzər Lənkəran” bu mərhələdə İsrailin “Makkabi” (Təl-Əviv) klubu ilə qarşılaşacaq. Vaxtilə İsrail çempionatında top qovmusunuz. Bu ölkənin futboluna bələdsiniz. Komandamızın rəqibi barədə nə deyə bilərsiniz?
- İsrail həm milli, həm də klub səviyyəsində öz oyunları ilə seçiliblər. Səhv etmirəmsə, “Makkabi” keçən il avrokubokların qrup mərhələsində çıxış edirdi. İsrailin iki ən köklü və iddialı klublarından biridir.
- Bu rəqib qarşısında “Xəzər Lənkəran”ın şanslarını necə qiymətləndirirsiniz?
- Çox çətin olacaq. Düzdür, “Makkabi”nin builki vəziyyətini bilmirəm. Çünki uzun müddətdir ki, İsrail futbolu ilə maraqlanmıram. Ancaq bu komanda tarix boyu yaxşı olub. Mənə elə gəlir ki, bu, “Xəzər Lənkəran” üçün böyük bir imtahandır.
- Bu ölkənin futbolu bizimkindən nə ilə fərqlənir?
- Özlərinəməxsus oyun üslubları var. Daha çox ispan futboluna yaxındırlar. Topla çox oynamağı, qısa ötürmələri sevirlər. Texnikalı oyuna üstünlük verirlər.
- Sizcə, “Makkabi”ni necə məğlub etmək olar?
- “Makkabi”nin indiki vəziyyəti və gücünə bələd deyiləm. Bir-iki gündən sonra öyrənib, sizə deyə bilərəm. Mən belə düşünürəm ki, istənilən kluba qarşı oynamaq üçün komanda daha çox rəqib yox, özü haqda fikirləşməlidir. Heyətdəki çatışmazlıqları aradan qaldırmalı, oyun keyfiyyətini yüksəltməli, kollektiv şəkildə mübarizə aparmalıdır. Bu amillər olduqdan sonra hər bir rəqiblə başabaş oynamaq olar. Mənim ən böyük tövsiyəm odur k, hazırda rəqibi yox, özlərini düşünsünlər.
- Bəs? digər klublarımızın rəqiblərindən xəbəriniz varmı?
- Yox. Bu dəfə də siz mənə deyin.
- Başlayaq “Neftçi”nin rəqibindən. “Ağ-qaralar” ÇL-in birinci təsnifat mərhələsində “Dinamo” (Zaqreb) ilə qarşılaşacaq.
- Son Xorvatiya çempionu, olduqca güclü rəqibdir. Oyuna ciddi hazırlaşmaq lazımdır.
- Bəs AZAL-ın rəqibi “Minsk” haqqında nə deyə bilərsiniz?
- Son illər Belarusiya futbolu yüksəlişdədir. Yığma komandaları qruplarında Fransa millisindən sonra ikinci pillədədir. Bu da ölkə futbolunun inkşafından xəbər verir. Düzdür, bildiyimə görə, hazırda Belarusiya futbolunda maliyyə məsələləri ilə bağlı problemlər var. Ancaq bu ölkədə heç vaxt futbolçu qıtlığı olmayıb.
- Bildiyiniz kimi, Belarusiyada çempionat davam edir. Sizcə, bu? AZAL sərf eləyir, yoxsa?
- Məncə, bu amil AZAL-ın xeyrinə deyil. Çünki hazırda Belarusiyada çempionatın qızğın vaxtıdır. Komandanın oyun praktikası və hazırlıq baxımından problemi yoxdur.
- Son olaraq, “Qarabağ”ın rəqibi olan “Banqa” barədə fikirlərinizi eşidək.
- Əvvəlcədən də məlum olduğu kimi, “Qarabağ” nisbətən zəif rəqiblərlə düşməli idi. Belə də oldu. Ancaq bu, o demək deyil ki, komandamız artıq növbəti mərhələyə vəsiqə qazanıb. Bütün rəqiblərə eyni gözlə baxmaq lazımdır. Bu zəif komandadır deyib, meydana çıxsalar, əlbəttə ki, məğlub olacaqlar.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi