Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı

Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
PREMYER LİQA 7 Aprel 2026 / 21:28 14570
-  A +

Bu gün Misli Premyer Liqasında 26-cı tur başa çatıb.

QOL.az xəbər verir ki, sonuncu - 3-cü oyun gününə nəzərdə tutulan 3 matç başa çatıb.

Əvvəlcə "İmişli" "Turan Tovuz"u qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Komandaların 1-ci və 2-ci dövrələrdəki matçlarında 1 dəfə "Turan Tovuz" qalib gəlib, 1 dəfə heç-heçə qeydə alınıb.

Günün ikinci qarşılaşmasında "Şamaxı" "Zirə"nin qonağı olub. "Zirə" hesabda öndə olsa da, "Şamaxı" son dəqiqə qolu ilə hesabı bərabərləşdirərək məğlubiyyətdən xilas olub. Komandalar arasında 1-ci dövrədə "Zirə", 2-ci dövrədə isə "Şamaxı" üstün olub.

Turun son qarşılaşmasında isə "Sabah" "Araz-Naxçıvan"la üz-üzə gəlib. Gərgin keçən qarşılaşmadan "Sabah" 4:2 hesablı qələbə ilə meydandan üstün ayrılmağa nail olub. Sözügedən kollektivlərin oyunlarında 1-ci dövrədə heç-heçə, 2-ci dövrədə "Sabah"ın qalibiyyəti qeydə alınıb.

7 aprel (çərşənbə axşamı) 

19:30. “Araz-Naxçıvan” - “Sabah” - 2:4

Qollar: Felipe Santos, 7 (1:0), Velko Simiç, 13 (1:1), Hamidu Keyta, 26 (2:1), Coy Lens Mikels, 37-pen. (2:2), Coy Lens Mikels, 63-pen. (2:3), Kahim Parris, 82 (2:4)
“Liv Bona Dea Arena”

17:15. “Zirə” - “Şamaxı” - 1:1

Qol: Leroy Mikels, 69 (1:0), Edqar Adilxanov, 90+2(1:1)
Zirə İdman Kompleksinin stadionu

15:00. “İmişli” - “Turan Tovuz” - 1:1 

Qollar: D.Kardozu, 45 (1:0),  Mark Rene Mampassi, 53 (1:1)
Quba OİK stadionu

5 aprel (bazar)

“Kəpəz” - “Qəbələ” - 0:2 

“Sumqayıt” - “Neftçi” - 1:3

6 aprel (bazar ertəsi)

“Qarabağ” - “Karvan-Yevlax” - 7:0

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 17 qol

Bassalu Sambu ("Neftçi") - 10 qol

Velko Şimiç (“Sabah”) - 10 qol

Emin Mahmudov ("Neftçi") - 9 qol

Karim Rossi ("Şamaxı") - 9 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 8 qol

Daha çox


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner