Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi

Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi
ÖLKƏ FUTBOLU 3 Aprel 2026 / 11:18 745
-  A +

"Ölkə rəhbərliyi hər zaman futbola və idmana böyük dəstək verir".

QOL.az "Azərtac"a istinadən xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövşən Nəcəf qurumun Hesabat Konfransında çıxışı zamanı deyib.

O, futbol üzrə Azərbaycan millisinin uğurlu nəticələr qazandığını bildirib: "Ayxan Abbasovun gəlişindən sonra komandada intizam və oyun planında inkişaf hiss olunur. Bu dönəmdə millinin başına keçməyə razılıq verən Ayxan Abbasova təşəkkür edirik. Milli "FIFA Series" turnirin qalibi oldu. Bu fikirləri qadınlardan ibarət yığmaya da aid etmək olar".

Qurum rəsmisi "Qarabağ"ın Azərbaycan futbolunun beynəlxalq nüfuzuna töhfə verdiyini söyləyib.

R. Nəcəf Azərbaycan və Özbəkistanın 2027-ci ildə 20 yaşadək kişilər arasında futbol üzrə dünya çempionatında ev sahibliyi edəcəyini xatırladıb: "Bu da hər iki ölkənin futbola necə önəm verdiyini göstərir".

Daha çox


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner