Mili komandamız və “Qəbələ”nin müdafiəçisi Saşa Yunisoğlunun Qol.Az saytına müsahibəsi
- Geridə qalan mövsümü “Qəbələ” üçün necə dəyərləndirərdin?
- Məncə, normal. Baxmayaraq ki, qarşımıza məqsəd qoyulmamışdı, biz bir komanda olaraq, uğur qazanmağa, yer tutmağa çalışırdıq. Amma alınmadı Əslində ötən mövsüm bizim üçün bir qədər hazırlıq xarakteri daşıyırdı.
- Komanda ilk “altılığ”a düşməyə çox yaxın idi. Ancaq əlinizə düşən fürsətdən istifadə edə bilmədiniz. Səbəb nə oldu?
- Düzdür, çempionat başa çatdı. Səbəb axtarıb tapmaq asandır. Səbəblər müxtəlifdir. Bəzi oyunlarda hakimlər sıxdı, bəzilərində öz oyunumuzu göstərə bilmədik, bəxtimiz gətirmədi. Futboldur, hər şey olur. Amma yenə deyirəm ki, bu mövsüm qarşımıza hədəf qoyulmamışdı.
- Bir futbolçu kimi, öz oyunundan razı qaldın?
- Əlbəttə. Demək olar ki, bütün oyunlarda iştirak etdim. Statistikaya da baxsaz, görərsiniz ki, qapımızdan ən az top buraxan komanda biz olmuşuq. Bu da müdafiə xətti və qapıçının inamlı oyunu ilə bağlıdır.
- Toni Adamsın ölkəmizdəki fəaliyyətinin bir ili tamam oldu. İngilis mütəxəssislə işləmək necədir?
- Əvvəlcə onu deyim ki, Adams həm mütəxəssis, həm də insan kimi çox yaxşıdır. Onunla işləmək mənim üçün şərəfdir və çox rahatdır. O, bütün futbolçulara inanır. Oyunçularımız da Adamsın etimadını doğrultmağa çalışırlar.
- Yeni mövsüm üçün rəhbərlik qarşınıza hansı hədəfləri qoyub?
- Hələlik yığışmamışıq. İnşallah, iyulun 6-da toplaşacağıq. Ondan sonra hər şey dəqiq bilinəcək. Amma ötən mövsümdən bilirik ki, bu il bizim üçün çox vacib olacaq. Çünki komanda çox güclü oynamalı və minimum avrokuboklara vəsiqə qazanmalıdır. Daha dəqiq isə komanda toplaşandan sonra bilinəcək.
- “Qəbələ” ilə müqavilən nə vaxt başa çatacaq?
- Gələn ilin yayında.
- Gələcəklə bağlı nə düşünürsən? “Qəbələ”də qalmaq istəyərsən?
- Rəhbərliyə və Adamsa təşəkkürümü bildirirəm ki, müqavilə müddətimi daha bir il də uzatdılar. Mənə təklif gələndə bir an belə fikirləşmədən müqaviləni imzaladım. Qəbələdə futbol üçün çox yaxşı şərait yaradılıb. Hər bir oyunçu belə şəraitdə işləmək istəyir. Düzdür, Bakıdan bir az uzaqdır. Amma mənim üçün problem yoxdur. Futbolçu üçün əsas məsələ yaradılmış şəraitdir. Mən çox razıyam ki, “Qəbələ”dəyəm.
- “Qəbələ” Mahir Şükürovla müqavilə imzaladı və növbəti mövsümdən etibarən komandanın kapitanlıq sarğısı məhz təcrübəli futbolçumuzda olacaq. Sənin buna münasibətini bilmək maraqlı olardı.
- Mən nə deyə bilərəm. Açığı, bunu çoxdan bilirdim. Heç bir narazılığım yoxdur. Mahir ölkə xaricində çıxış etmiş təcrübəli futbolçu, eyni zamanda milli komandamızın vitse-kapitanıdır. Kapitan mən də olsaydım, Mahir gələndə, sarğını çıxarıb ona verərdim.
- Milli komandamıza dəvət alsan da, son iki rəsmi oyunda meydana çıxmadın. Bu, nə ilə əlaqədar idi? Halbuki, özün də dediyin kimi, mövsümü yüksək səviyyədə keçirmisən.
- Gərək bu sualı baş məşqçiyə verərdiniz. Bu, onun fikridir. Hörmətlə yanaşıram. Mən öz növbəmdə onu deyə bilərəm ki, hər iki oyuna hazır idim və meydana çıxıb komandaya kömək eləmək istəyirdim. Ancaq oynamasam belə, mən də orda olmuşam. Demək istəyirəm ki, oyunumuz alınmadı. İnşallah, bundan sonrakı oyunlarda qələbə qazanıb, xal ehtiyatımızı artırmağa çalışacağıq.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi