"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri cərimələnib.
QOL.az xəbər verir ki, futbolçu İngiltərə Premyer Liqasının 24-cü turunda "Tottenhem"lə (2:2) matçdan sonra hakimi tənqid etdiyinə görə 80 min funt sterlinq (təxminən 92 min avro) məbləğində maliyyə sanksiyasına məruz qalıb. Qurum bu gün oyunçunun diskvalifikasiyadan xilas olduğunu, lakin müstəqil dinləmədə təqsirini boynuna aldığını açıqlayıb.
Xatırladaq ki, Rodri həmin oyundan sonra verdiyi müsahibədə bu sözləri deyib:
"Biz həddindən artıq çox qalib gəlmişik və insanlar artıq bizim qələbəmizi istəmirlər. Amma hakim neytral olmalıdır. Düzünü desəm, bu, mənim üçün ədalətsizlikdir".
Qeyd edək ki, bu sözlər hakimin dürüstlüyünü şübhə altına aldığı üçün intizam araşdırmasına səbəb olub. Assosiasiya bildirib ki, Rodri oyundan sonrakı müsahibəsi zamanı qeyri-etik davranıb və hakimin qərəzli olduğunu eyham vuran şərhlər verib. Pul cəriməsi ilə yanaşı, ispaniyalı futbolçuya gələcəkdə bu cür davranışların yolverilməz olduğu barədə xəbərdarlıq edilib.
Nəriman artıq ABŞ-dadır
"Çempionat heç də asan keçmir" - Qurban Qurbanov
İmişlidə vurulan 4 qol - Video
"Liverpul" "Monako"nun gənc oyunçusunu hədəfə aldı
Az oyun şansı qazandığı üçün klubdan gedir
"Qarabağ"ın 6 qollu möhtəşəm qələbəsindən - Video
"Neftçi"də yeni təyinat baş tutdu
Daha az maaşla "Çelsi"yə keçə bilər
Aşağı liqa təmsilçilərinə uduzaraq kubokla vidalaşdılar
A seriyası matçında qapılara yalnız bir dəqiq zərbə vuruldu
"Roma" zədəli Dibalanın müqaviləsini yeniləyəcək?
Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna yekun vuruldu
"Qarabağ"ın matçında “Futbol hamı üçün” aksiyası keçirildi
Ronaldo investisiya etdi, ən populyar kluba çevrildi
"Qalatasaray" - "Liverpul" matçının hakimləri bilindi
"Şamaxı" - "İmişli" matçından - Video
2-ci liqada 17-ci tura start verildi
"Qarabağ" - "Araz-Naxçıvan": Heyətlər