“Qəbələ” - “Karvan-Yevlax” matçında heç-heçə - Yenilənir

“Qəbələ” - “Karvan-Yevlax” matçında heç-heçə - Yenilənir
PREMYER LİQA 28 Fevral 2026 / 18:11 7920
-  A +

Misli Premyer Liqasında 22-ci tur davam edir. 

QOL.az xəbər verir ki, ikinci oyun gününə 2 matç nəzərdə tutulub. 

Əvvəlcə “Şamaxı” öz meydanında “Neftçi”ni qəbul edib. Görrüş kifayət qədər dramatik alınıb. Matçda "Neftçi"nin ulduzu Vensan Abubakar dubl edib. Lakin "Şamaxı" son dəqiqələrdə penaltini dəqiq yerinə yetirərək məğlubiyyətdən qurtulub - 2:2. Sözügedən komandalar arasında ilk dövrədə baş tutan qarşılaşmada qalib aşkarlanmayıb - 1:1.

Bugünkü heç-heçə sayəsində “Neftçi” xallarının sayını 31-ə, "Şamaxı" isə 26-ya çatdırıb.

Günün ikinci matçında “Qəbələ” öz meydanında “Karvan-Yevlax”ı sınağa çəkir. Bu komandalar hazırda turnir cədvəlinin son iki pilləsində yer alıblar. “Qəbələ” 15 xalla 11-ci, Yevlax klubu isə 6 xalla 12-cidir. Bu komandaların ilk dövrədəki matçında bərabərlik qeydə alınıb - 1:1. 

28 fevral (şənbə)

17:00. “Qəbələ” - “Karvan-Yevlax” - 1:1 (İkinci hissə)

Qollar: İmani Barker, 26 (0:1), Seydina Keyta, 36 (1:1)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov
VAR: Vüqar Həsənli
AVAR: Kamran Bayramov
Qəbələ şəhər stadionu

14:30. “Şamaxı” - “Neftçi” - 2:2

Qollar:  Vensan Abubakar, 60 (0:1), Sezar Enrike, 74 (1:1), Vensan Abubakar, 90+1 (1:2), Kərim Rossi, 90+8-pen (2:2)
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Pərvin Talıbov
Şamaxı şəhər stadionu

1 mart (bazar)

16:30. “Turan Tovuz” - “İmişli”

19:00. “Qarabağ” - “Sabah” 

27 fevral (cümə)

“Kəpəz” - “Sumqayıt” - 3:0

“Araz-Naxçıvan” - “Zirə” - 0:1

Bombardirlər:

Bassalu Sambu ("Neftçi") - 9 qol

Coy-Lens Mikels (“Sabah”) - 9 qol

Velko Şimiç (“Sabah”) - 9 qol

Emin Mahmudov (“Neftçi”) - 7 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol

Toral Bayramov (“Qarabağ”) - 7 qol

Karim Rossi ("Şamaxı") - 7 qol

Dioqo Almeyda ("İmişli") - 7 qol

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner