Təbriz Həsənovun təəssüfü

Təbriz Həsənovun təəssüfü
ÖLKƏ FUTBOLU 14 İyun 2011 / 23:39 2597
-  A +

“Oyuna yaxşı hazırlaşmışdıq. Amma erkən qol buraxmağımız komandaya psixoloji baxımdan pis təsir etdi. İkinci hissədə daha yaxşı oynadıq. Təəssüf ki, yaratdığımız qol epizodlarının çoxundan yararlana bilmədik". Qol.Az-ın məlumatına görə, bunu Azərbaycanın U-17 yığmasının baş məşqçisi Təbriz Həsənov Türkiyəyə 2:4 hesabı ilə uduzduqları "Caspian Cup" turnirinin 3-cü tür matçından sonra deyib.

Həsənov Türkiyə yığmasını qələbə münasibətilə təbrik edib: "Həqiqətən də, bugünkü rəqibimiz çox yaxşı komandadır”.

Daha çox


Son xəbərlər