"Nyukasl"ın kapitanı "Qarabağ"la oyunu buraxacaq

"Nyukasl"ın kapitanı "Qarabağ"la oyunu buraxacaq
DÜNYA FUTBOLU 15 Fevral 2026 / 21:49 474
-  A +

İngiltərənin "Nyukasl" klubunun kapitanı ağır zədələnib.

QOL.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Bruno Gimaraynş ciddi zədə alaraq uzun müddətlik sıradan çıxıb.

"Tottenhem"lə (2:1) matçın sonlarında meydanı tərk edən futbolçunun bud nahiyəsindən xəsarət aldığı dəqiqləşib. Baş məşqçi Eddi Hau "Aston Villa" ilə kubok oyunundan sonra futbolçunun zədələnməsindən danışıb:

"Bruno çox məyusdur, çünki karyerasında belə zədə yaşamayıb. Bərpa üçün təxminən 2 ay vaxt lazım olacaq. Böyük ehtimalla, o, mart ayındakı milli komandaların oyunlarından sonra sıraya dönəcək".

Məlumata görə, son matçların statistikasına əsasən, klub kapitanın iştirak etmədiyi Premyer Liqa oyunlarında qələbə qazana bilməyib. O meydanda olanda isə komanda oyunların 53.1%-də qalib gəlir, həmçinin daha çox qol vurur və az top buraxır.

Qeyd edək ki, onun yoxluğunda mərkəz xəttində yük Sandro Tonali, Co Uillok və Ceykob Remzinin üzərinə düşəcək.

Xatırladaq ki, "Qarabağ"la "Nyukasl" arasında ilk oyun fevralın 18-də, Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab görüşü isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.


Son xəbərlər
topaz banner