Milli komandamızın sabiq üzvü Nadir Nəbiyevin Qol.Az saytına müsahibəsi
- Nadir, haralardasan, nə işlə məşğulsan?
- Evimdə-eşiyimdə. Hələ ki, dincəlirəm rayonda.
- Eşitdiyimizə görə, yenidən futbola qayıdırsan. “Turan”ın yeni baş məşqçisi Əsgər Abdullayev səni komandasında görmək istəyir.
- Bu barədə çox danışmaq istəmirəm. Bir onu deyim ki, “Turan”dan təklif gəlib. Danışıb, razılığa gəlmişik. İnşallah, yeni mövsümdə bu komandanın heyətində çıxış etməliyəm.
- Rəsmi müqavilə imzalamısan?
- Yox. Sadəcə ikitərəfli razılıq əldə olunub.
- Bir ildir futbol oynamırsan. Oyun praktikan yoxdur. Bu qədər fasilədən sonra meydana çıxmaq sənə çətin olmayacaq?
- Sadəcə oyun praktikam yoxdur. Futboldan uzaq düşməmişəm. Bəzi köhnə futbolçular var, Bakıda onlarla məşq edirdim.
- Necə düşünürsən, əvvəlki formanı bərpa edə biləcəksən?
- Bu gücü özümdə hiss edirəm. İnşallah, əvvəlki vəziyyətimə qayıdaram. Ən əsası odur ki, çəkim artmayıb, yerindədir. Təcrübəm var, müntəzəm məşqlərimi etmişəm.
- Azərbaycan futbolunda öz sözünü deyən nadir futbolçulardan birisən. Ancaq buna baxmayaraq, geridə qalan bir ili boşa vermisən. Klublarımızın biganəliyi səndə futbola qarşı küskünlük yaratmadı?
- Düzü, “Turan”dan ayrıldıqdan sonra, bir neçə klubdan mənə təkliflər oldu.
- Sirr deyilsə, hansı klublardan təklif almışdın?
- Yox, sirr deyil. Amma o klubların adını çəkmək istəmirəm. Sadəcə onu deyə bilərəm ki, çempionluğa oynayan komanda deyildi. Premyer Liqanın ortabablarından idi. Mənə təklif göndərmişdi. Ancaq həmin vaxt başqa bir iddialı komandadan da təklif almışdım. Hətta danışıqlar aparıb, razılığa da gəlmişdik. Növbəti mövsümdən etibarən bu klubun heyətində oynamalı idim. Ancaq çempionatın başlanmasına az qalmış, arada müəyyən problemlər oldu. Keçidim baş tutmadı. Bundan əvvəl ortabab klublardan aldığım təklifə “yox” dediyim üçün, onlara yenidən müraciət etmədim. Çünki artıq gec idi. Bundan sonra futbol oynamamaq qərarına gəldim.
- Yaxşı, ad çəkmək istəmirsən. Heç olmasa, həmin iddialı klubla hansı məsələlərdə razılığa gəlmədiyinizi deyərdin.
- Çoxları düşünür ki, maddi məsələlərə görə razılaşa bilmədim. Amma belə deyil. Heç bir klub rəsmisi deyə bilməz ki, Nadir bizimlə pul məsələsinə görə anlaşa bilməyib. Bu cür şeylərə heç vaxt fikir verməmişəm. Kim nə qədər pul təklif edibsə, razılaşmışam. Həmin vaxt başqa problemlər çıxdı. Ona görə ortaq məxrəcə gələ bilmədik.
- Onda belə demək mümkünsə, qarşı tərəfdən sənə qarşı haqsızlıq oldu.
- Haqsızlıq deyəndə, bəlkə onlar da bilmədən belə etdilər. Ancaq konkret olaraq, mən həmin kluba görə başqalarına “yox” demişəm. Üç klubdan yüzfaizli təklif almışdım.
- Mövzunu dəyişək. Yəqin ki, milli komandamızın oyunlarını izləmisən. Əvvəlcə Qazaxıstan faciəsi barədə fikirlərini öyrənək.
- Millimiz bu oyunları çempionat başa çatdıqdan sonra keçirdi. Ola bilsin, uşaqlarda yorğunluq var idi.
- Bəs almanlarla evdəki oyun barədə nə deyə bilərsən?
- Almaniya yığması elə də zəif rəqib deyil. Səviyyəsi, göstərdiyi oyun göz qabağındadır. Mən deyərdim ki, həmin görüşdə futbolçularımız pis oynamadılar. Bacardıqlarını ortaya qoydular. Mənə elə gəlir ki, həmin matçda kimsə bizdən qələbə gözləmirdi. Sadəcə yaxşı oyun. Ən azı heç-heçə edə bilərdik. Çünki almanlar qrupdan çıxmağı demək olar ki, təmin etmişdilər. Ancaq rəqib sensasiyaya imkan vermədi.
- Vaxtilə millinin formasını geyinmiş təcrübəli bir futbolçu kimi, Berti Foqtsun gəlişindən sonra komandada hər hansı irəliləyiş müşahidə etmisən?
- Berti Foqtsun gəlişindən sonra milli komandanın üzvlərində onu müşahidə etmişəm ki, futbolçular artıq 90 dəqiqə mübarizə apara bilirlər. Bunu Almaniya seçməsi ilə oyunda da gördük. Bu cür rəqibə son dəqiqələrdə qol vura bilirsənsə, deməli sonadək mübarizə aparmağı bacarırsan. Foqtsla bağlı başqa şeylərdən danışmaq istəmirəm.
- İndiyə qədər futbolun içində olmusan. Son bir ildə isə bu oyunu kənardan izləyirsən. Bir azarkeş kimi, Premyer Liqamızda inkişaf görürsən?
- Bir azarkeş kimi deyirəm ki, elə ciddi dəyişikliklər yoxdur. Sadəcə mübarizə qızışıb. Çempionluq uğrunda son turlara qədər mübarizə getdi.
- Son illər ölkəmizə legioner axını başlayıb. Klublarımız səviyyəli-səviyyəsiz, fərq etməz, kimi gəldi alıb, gətirirlər. Legioner limitinin çox olması da onlara əlavə üstünlük verir. Nəticədə isə yerli oyunçularımız kölgədə qalırlar. Səncə, bu cür sistemlə ölkə futbolunu inkişaf etdirmək olar?
- Son 3-4 il ərzində elə də çox önə çıxan futbolçu görmədim. Sadəcə barmaqla sayılacaq qədər oyunçunun adını çəkmək olar. Elə bir futbolçu göstərmək olmaz ki, o yüksək səviyyəli oyun göstərdi. Bu da hamısı legioner limitinin çox olması ilə əlaqədardır. Məncə, 5 əcnəbi kifayət edər. Bu, mənim fikrimdir, ola bilər, kiminsə xoşuna gəlməz. Azərbaycanda əcnəbilərin çox olması yerli futbolçularımıza zərər vurur. Onların inkişafını məhdudlaşdırır. Klublara baxıram, elə leginerlər əsas heyətdə çıxış edirlər ki, bizim ehtiyatda oturan yerli oyunçumuz ondan qat-qat səviyyəlidir.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi