İspaniya La Liqasında keçirilən "Valensiya" - "Real" (0:2) matçı qalmaqalla yadda qalıb.
QOL.az xəbər verir ki, qarşılaşmada fərqlənərək qələbədə pay sahibi olan Kilian Mbappe matçın gedişində və sonunda nümayiş etdirdiyi aqressiv davranışla gündəmə gəlib.
Vinisius Junior və Rodriqonun yoxluğunda komandasının liderliyini üzərinə götürən və mövsümdəki 23-cü qolunu vuran fransalı ulduz epizodların birində qeydə alınan ofsayd qərarına görə dördüncü hakimə sərt etiraz edib. Kameralara düşən görüntülərdə Mbappenin hakimə fransız dilində qeyri-etik və təhqiramiz ifadələr işlətdiyi məlum olub.
Gərginlik sonrakı dəqiqələrdə də davam edib. Paltardəyişmə otağına yollanarkən komanda yoldaşı Eduardo Kamavinqa ilə danışan Mbappe hakimlər barədə "Qardaş, bunlar əsl təlxəkdir", - ifadəsini işlədib.
Qeyd edək ki, "Real"ın digər qolunu Alvaro Karreras vurub. İspaniya mətbuatı hazırda Mbappenin bu hərəkətinə görə intizam cəzası alıb-almayacağını müzakirə edir.
“Qarabağ” avrokuboklarla vidalaşdı
UEFA-dan futbol ruhuna həsr olunan yeni mükafat
“Qarabağ” növbəti transferlərini açıqladı
Acun Ilıcalının komandası yeni oyunçu ilə gücləndi
“Fənərbaxça” və “Qalatasaray” hansı rəqiblərlə qarşılaşacaq?
“Futbolçulara robot kimi yanaşılır”
“Qarabağ” - “Tvente” matçı gec başlayacaq
“Karvan-Yevlax”dan növbəti transfer
"İki dəfə dünya gözümün önündə dayandı"
"Qarabağ" "Tvente" ilə oyuna bu heyətlə çıxır
Azərbaycan millisinin qapıçısı Türkiyə klubunda
"Qarabağ"ın rəqibi futbolçusunu göndərə bilər
"Arsenal"dan ayrılacağı gözlənilir
Ukraynalı vinger rəsmən "Ayaks"da
"Beşiktaş" yeni hücumçu transfer etdi
Prezident İlham Əliyevdən "Sabah"la bağlı - Sərəncam
Barkola PSJ-ni bu kluba dəyişir
“Liverpul” yeni formasını təqdim etdi - Şəkillər