Sağ ol, Zəhra!

Sağ ol, Zəhra!
GÜLƏŞ 8 Fevral 2026 / 14:10 863
-  A +

Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turniri davam edir.

QOL.az xəbər verir ki, yarışda ölkəmizi qadın güləşi üzrə millimiz təmsil edir. Yarışın dördüncü günündə yığmanın 3 üzvü xalça üzərinə çıxıb. Onlardan Zəhra Kərimzadə bürünc medal qazanıb. 

Zəhra Kərimzadə (72 kq) 1/4 finalda türkiyəli Buse Tosuna (0:2) məğlub olsa da, bürünc medal uğrunda mübarizədə yaponiyalı Mahiro Yoşitakeni 4:1 hesabıyla üstələyib.

Digər güləşçilərimizdən Nərgiz Səmədova (53 kq) təsnifat mərhələsində polşalı Roksana Marta Zasınaya (0:10), təsəlliverici görüşdə isə yaponiyalı Umi İmaya (1:13) məğlub olub.

Jalə Əliyeva (57 kq) isə startda brazilyalı Culya Penalberaya (4:14) uduzaraq mübarizəni erkən başa vurub.

Daha çox


Son xəbərlər
07.02.26  13:49

Messi, Müller...

topaz banner