"Qarabağ"la oyunu səbirizliklə gözləyirəm" - "Ayntraxt"ın baş məşqçisi

"Qarabağ"la oyunu səbirizliklə gözləyirəm" - "Ayntraxt"ın baş məşqçisi
ÖLKƏ FUTBOLU 20 Yanvar 2026 / 16:32 1492
-  A +

"Komandanı belə bir oyuna çıxarmaq xəyaldır. Mən bunu həqiqətən səbirsizliklə gözləyirəm. Başqa hər şey əhəmiyyətsizdir, bütün diqqətimiz Bakıdadır".

QOL.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının Liqa mərhələsində sabah Bakıda "Qarabağ"la qarşılaşacaq "Ayntraxt"ın baş məşqçi vəzifəsini icra edən Dennis Şmitt bugünkü mətbuat konfransında deyib.

Gənc mütəxəssis qeyd edib ki, sabahkı görüş komandası üçün həlledici ola bilər: "Hisslərim olduqca müsbətdir. İrəliyə doğru böyük addımlar atmışıq. Futbolçular mənə inam göstəriblər. Gələn həftə evdə özümüz üçün final oyunu yaratmaq üçün böyük bir fürsətimiz var. Müntəzəm olaraq çempionluq uğrunda mübarizə aparan, oyun mexanizmləri formalaşmış  bir komanda ilə qarşılaşacağıq". 

Dennis Şmitt 13 il bundan əvvəl Avropa Liqası oyununda "Ayntraxt"ın heyətində Bakıda "Qarabağ"la oyunda dubl edən, hazırda isə Frankfurt klubunun məşqçilər korpusunda yer alan  Aleksandr Mayerlə bağlı isə zarafatla deyib: "Əlbəttə ki, son oyunda onlara qarşı iki qol vuran Aleks Mayer kimi bir mütəxəssisə sahib olmağımız üstünlükdür".

Daha çox


Son xəbərlər
Topaz Desktop Banner