Ukraynanın «Şaxtyor» klubunun dəvəti ilə «Qəbələ»nin baş meneceri Zaur Əzizov və icraçı direktor Alastair Saverimutto Donetsk şəhərinə yola düşüblər.
Hazırda Donetskdə olan Zaur Əzizov Qol.Az-a bildirib ki, səfər zamanı klubun baş direktoru Sergey Palkin və kommmersiya direktoru Jo Palmerlə görüşlər keçiriblər.
«Dünən «Şaxtyor»un ofisində klubun strukturu ilə yaxından tanış olduq. Eyni zamanda əsas və əvəzedici komandanın bazasına, akademiyaya baş çəkdik. «Şaxtyor»un bazası meşəlikdə yerləşir. Həqiqətən də Avropada birincilərdəndir. Görüşlərimiz zamanı bizə bildirdilər ki, hətta «Barselona»nın bazası da bu səviyyədə deyil. Avropa çempionatının final mərhələsinin Donetskdə keçiriləcək oyunları zamanı milli komandalardan birinin «Şaxtyor»un bazasında yerləşdiriləcəyi nəzərdə tutulub» - deyə Z.Əzizov bildirib.
Jo Palmerlə görüşdə Z.Əzizov «Qəbələ»nin yeni stadionunun açılış mərasimində «Şaxtyor» klubunu da görmək və hər iki komanda arasında yoldaşlı matçı keçirmək istədiklərini söyləyib.
«Qəbələ» rəsmiləri «Şaxtyor»un baş direktoru Sergey Palkinlə görüşü zamanı isə bir sıra məsələləri müzakirə ediblər.
Görüş zamanı Sergey Palkin «Şaxtyor»un Ukraynanın müxtəlif klublarında icarə qaydasında xeyli istedadlı futbolçusunun çıxış etdiyini deyib. O, bu oyunçulardan bəzilərini «Qəbələ»yə təklif edib. Lakin Z.Əzizov bildirib ki, həmin futbolçuların transferi məsələsi bu yay fasiləsində mümkün olmayacaq.
Görüşlərdə «Şaxtyor» rəsmiləri «Qəbələ»nin baş məşqçisi Toni Adamsın fəaliyyəti ilə də maraqlanıblar.
Z.Əzizov bu səfərin tanışlıq xarakteri daşıdığını, gələcəkdə əməkdaşlığın da mümkün ola biləcəyini deyib.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı