“Turan Tovuz" bu gün 2026-cı ildə ilk oyununu keçirəcək

“Turan Tovuz" bu gün 2026-cı ildə ilk oyununu keçirəcək
XƏBƏR 17 Yanvar 2026 / 11:15 570
-  A +

Türkiyənin Antalya bölgəsində hazırlığı davam etdirən "Turan Tovuz" bu gün ilk yoxlama oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Kurban Berdıyevin komandası Polşanın yüksək liqa təmsilçisi "Poqon"la qarşılaşacaq.

“Poqon” hazırda Polşa çempionatında 18 komanda arasında 10-cu yeri tutur.

Matç yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00-da) başlayacaq.

Qeyd edək ki, “Turan Tovuz” ilk oyunu yanvarın 10-da Rumıniya təmsilçisi “Hermanştadt” qarşı keçirməli idi. Lakin tərəflərin qarşılıqlı razılığına əsasən yoxlama oyunu ləğv olunub.


Son xəbərlər