U-21 millimiz növbəti yoxlama oyununa çıxır

U-21 millimiz növbəti yoxlama oyununa çıxır
ÖLKƏ FUTBOLU 17 Yanvar 2026 / 12:55 306
-  A +

Bakıda təlim-məşq toplanışında olan Azərbaycanın U-21 millisi bu gün yoxlama oyununa çıxacaq.

QOL.az xəbər verir ki, komanda Misli Premyer Liqası təmsilçisi "Şamaxı" ilə qarşılaşacaq.

"Liv Bona Dea Arena"da keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.

Qeyd edək ki, yığmamız ötən gün 1-ci liqa təmsilçisi "Səbail"lə yoxlama oyunu keçirib və 1:0 hesabı ilə qalib gəlib. "Şamaxı" isə bunadək "Sabah"a 0:2 hesabı ilə uduzub.


Son xəbərlər