"Araz-Naxçıvan"ın oyununun vaxtı dəyişdirildi

"Araz-Naxçıvan"ın oyununun vaxtı dəyişdirildi
ÖLKƏ FUTBOLU 7 Yanvar 2026 / 15:20 754
-  A +

Hazırlığını gündə iki məşqlə davam etdirən “Araz-Naxçıvan”ın fasilədə keçirəcəyi ilk yoxlama oyununun tarixi dəyişdirilib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klubun əvəzedici komandası ilə qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi yanvarın 9-da deyil, bir gün sonra – ayın 10-da keçiriləcək və saat 15:30-da başlayacaq. 

Komanda növbəti görüşünü isə yanvarın 14-də, saat 15:00-da “Qəbələ”yə qarşı keçirəcək. Hər iki matç Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçiriləcək.

Daha çox


Son xəbərlər