"Qalatasaray", "Atletiko" və "Mançester Yunayted"in keçmiş futbolçusu Radamel Falkaonun yeni klubu müəyyənləşib.
QOL.az xəbər verir ki, 39 yaşlı hücumçu sabiq komadası "Millonarios"a qayıdıb. Bu barədə Kolumbiya Primera Divizionu təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Falkao 2024-cü ilin yanvarından 2025-ci ilin iyuluna qədər bu komandada oynayıb. Daha sonra o, müqaviləsini yeniləməyib və azad agent olub. Falkao "Millonarios"da 29 oyun keçirib və 11 qol vurub.
Radamel Falkao karyerası ərzində "River Pleyt", "Port", "Atletiko", "Monako", "Mançester Yunayted", "Çelsi", "Qalatasaray" və "Rayo Valyekano"da da oynayıb. O, 2007-ci ildən 2023-cü ilə qədər Kolumbiya millisinin üzvü olub.
Foto: Falkaonun İnstaqram hesabı
Dibala vətəninə qayıdır
Gedirlər - Şəkillər
Ozobiçdən 70-ci qol
Davit Volkov 100-ə çatdı
"Milan"da ağır itki
“Beşiktaş”dan darmadağın
Messidən skandal hücum - Video
"Qarabağ"ın "Nyukasl"a qarşı hazırlıq məşqindən - Şəkillər
Qış Olimpiya Oyunlarına yekun vuruldu
"Yuventus"un baş məşqçisinin taleyi 2 matçdan asılıdır
PSJ onunla müqaviləni yeniləyir
"Barselona" "Levante"yə şans vermədi - 3 cavabsız qol