“Mançester Yunayted”in sabiq baş məşqçisi Ole-Qunnar Sülşer klub rəhbərliyi ilə mümkün qayıdışı ilə bağlı danışıqlar aparıb.
QOL.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Məlumata görə, Ruben Amorimin istefasından sonra (o, bazar ertəsi 14 aylıq fəaliyyətini başa vurub) “qırmızı şeytanlar” mövsümün sonuna qədər komandaya rəhbərlik edəcək müvəqqəti baş məşqçi təyin etməyi planlaşdırır. Premyer Liqada “Bernli”yə qarşı növbəti oyunda komandanı Darren Fletçer çalışdıracaq. Ona Conni Evans kömək edəcək.
Mənbənin iddiasına görə, Sülşer mövsümün sonunadək daha uzunmüddətli müvəqqəti baş məşqçi postu üçün əsas namizədlərdən biridir. Klub eyni zamanda digər variantları da nəzərdən keçirir. Bununla belə, “Mançester Yunayted” rəhbərliyi ilkin mərhələdə Fletçerə tam dəstək verir.
Qeyd edək ki, Ole-Qunnar Sülşer 2018-ci ilin dekabrından 2021-ci ilin noyabrına qədər “Mançester Yunayted”i çalışdırıb. O, əvvəlcə müvəqqəti baş məşqçi kimi işə başlayıb. Bu dövrdə komanda iki mövsüm ardıcıl Premyer Liqanı ilk “4-lük”də başa vurub və 2021-ci ildə Avropa Liqasının finalına yüksəlib.
Norveçli mütəxəssis avqust ayında “Beşiktaş”dan ayrıldıqdan sonra klubsuzdur və mənbənin məlumatına görə, güclü emosional bağlarının olduğu kluba kömək etməyə açıqdır.
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest