Erik ten Haqın yeni iş yeri açıqlandı

Erik ten Haqın yeni iş yeri açıqlandı
DÜNYA FUTBOLU 7 Yanvar 2026 / 01:12 2512
-  A +

"Mançester Yunayted" və "Bayer"in keçmiş baş məşqçisi Erik ten Haqın yeni iş yeri müəyyənləşib.

QOL.az xəbər verir ki, o, "Tvente"nin texniki direktoru təyin olunub. Bu barədə Niderland təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə 2028-ci ilin yayınadək müqavilə imzalanıb. O, yeni vəzifəsinə 1 fevral 2026-cı ildə başlayacaq. Ten Haq bu vəzifədə Yan Ştrüeri əvəz edəcək.

Qeyd edək ki, Erik ten Haq futbolçu kimi "Tvente"də oynayıb. O, həmçinin 2002-ci ildə klubun 17 yaşadək komandasının baş məşqçisi kimi debüt edib.


Son xəbərlər